İqor Viktoroviç Turıtsin (1963, Krasnoyarsk) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, “Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutu”nun prezidenti, “Sovremennaya nauçnaya mısl” jurnalının baş redaktoru, tarix elmləri doktoru, professor.
Fəaliyyəti 1963-cü ildə Krasnoyarsk şəhərində anadan olub. 1985-2000-ci illərdə Armavir Dövlət Pedaqoji İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub. 2000-2003-cü illərdə Krasnodarda Rusiya DİN-in Hüquq İnstitutunda tarix və sosial-siyasi elmlər xüsusi fakültəsinin kafedra müdiri olub. 2003-cü ildən Sankt-Peterburq xarici iqtisadi əlaqələr, iqtisadiyyat və hüquq İnstitutunun ictimai-humanitar elmlər kafedrasının rəhbəri (Krasnodar şəhərində filial), Moskva şəhərində sosial münasibətlər sahəsi Akademiyasının professoru olub. 2012-ci ilin fevralından “Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutu”nun prezidentidir. 2017-ci il mart ayının 13-də İqor Turıtsin Azərbaycan Respublikası və Rusiya Fedrasiyası arasında elmi əlaqələrin inkişafında verdiyi böyük töhfəyə görə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru adına layiq görülüb. “Sovremennaya nauçnaya mısl” jurnalının baş redaktorudur.
Həmçinin bax Quram Marxuliya Rudolf İvanov Seyit Sertçelik Xəlil İnalcık Yusuf Halaçoğlu İlbər Ortaylı İsmayıl Seragəldin Şuxrat Salamov İstinadlar
Kateqoriya:AMEA Tarix və Etnologiya İnstitutunun fəxri doktorları Kateqoriya:Professorlar