Alanyaspor — Antalyanın Alanya ilçəsinin futbol klubudur. Rəngləri narıncı və yaşıldır. Oyunlarını 10.842 nəfərlik Bağçaşəhər Okulları Stadionunad oynayır. 2015–16 mövsümündə 1-ci Liqada mübarizə aparan Alanyaspor, play-off matçlarının nəticəsi 2016–17 mövsümündə Super Liqada mübarizə etməyə haqq qazanmasına səbəb olmuşdur.

Tarixi Alanyaspor klubu 1948-ci ildə doktor Əli Nazim Kösəoğlu və bir qrup gənc tərəfindən yaradılıb. Klubun adı əvvəl Alanya Qalaspor, daha sonra isə Qala Gənçlikspor olaraq dəyişdirilmişdir. İlk forma rəngi mavi-ağ olmuşdur. 1966-cı ilə qədər yarı-klub statusunda davam edən klub, 1965–66 mövsümündə artıq statusa qovuşmuşdur. Eyni ildə ilk dəfə Antalya Həvəskar Çempionatına qırmızı-ağ rənglərlə iştirak edib.

1982-ci ilin may ayında yeni hakimiyyət başındakı Hüseyn Arıkan rəhbərliyi altında aparılan nizamnamə dəyişikliyi sonrası komanda bugünkü rəngi olan narıncı-yaşıl rəngləri götürüldü və adı Alanyaspor olaraq dəyişdirildi. 1984–85 mövsümündə Türkiyə 3-cü liqalarının yaradılması ilə Alanyaspor 3-cü Liqada yarışmağa başlayıb. Beləliklə, Alanya peşəkar liqasında oynayan ilk futbol komandası oldu.

1987–1988 mövsümündə klub 3-cü Liqada qrupunda çempionu olaraq ilk dəfə Nəcati Azakoğlunun rəhbərliyi altında 2-ci Liqaya yüksəlib. 1993–94 mövsümündə Türkiyə Çempionatında 6-cı tura qədər çıxaraq uğur göstərdi.

2016–17 mövsümündə sponsorluq müqaviləsinə görə klub adı Aytemiz Alanyaspor olaraq dəyişdirilib.

2018–19 mövsümünün 30-cu həftəsində Kayserispor debütündə 1–1 bərabərə qalan Alanyaspor dəstəsindəki futbolçulardan Kolker, Dlayma, Baiano, Kisse, Velinton, Sakey və Sural ilə birlikdə Alanyaya qayıtmaq üçün mikroavtobus icarəyə götürdü. Kayseridən yola çıxan mikroavtobus, Antalya-Alanya quru yolunda, şəhər mərkəzinə 5 kilometr qala Dinək ilçəsinin ərazisində yoldan çıxaraq aşdı. Qəzada yaralanan 7 futbolçu, sanitar maşınlarla Alanyadakı xüsusi bir xəstəxanaya aparıldı. Yaralı futbolçulardan İosif Sural əməliyyata alındı, lakin bütün müdaxilələrə baxmayaraq həyatını itirdi.

Azarkeşlər 1998-ci ildə qeyri rəsmi olaraq yaradılan və 2000-ci ildən rəsmi olaraq fəaliyyət göstərən ALTAD (Alanyaspor Azarkeşlər Cəmiyyəti) klubun ən böyük azarkeş qrupudur. Cəmiyyət dövrün hakimiyyətinin başçısı Çingiz Gökçə, Alanyaspor sədri Həsən Hacıincə və idarə heyətinin üzvləri Mövlütxan Çavuşoğlu və Turan Görgünün səyləri ilə yaradılıb. Cəmiyyətin qurucu üzvləri Uğur Veysəl Okşar, Şeyxmus Altundal, Yusif Qoca, Mustafa İldırım, İbrahim Ərdoğan, Əli Mərcan, Kamal Sevindik, Məhmətşah Çiçək, Məhəmməd Özmən və Məmməd Uyardır.

Heyəti

Liqa mübarizələri Super Liqa: 8 Mövsüm 2016 — * 1-ci Liqa: 11 Mövsüm 1988–1997, 2014–2016 2-ci Liqa: 10 Mövsüm 2004–2014 3-cü Liqa: 11 Mövsüm 1984–1988, 1997–2004 Həvəskar Liqası: 36 Mövsüm 1948–1984

Uğurları Türkiyə Kuboku Finalçı (1): 2019–20 Yarım final (1): 2020–21 1-ci Liqa: Pley-Off Çempionat (1):2015–2016 2-ci Liqa: Pley-Off Çempionat (1):2013–2014 3-cü Liqa: Çempionat (2):1987–1988, 2003–2004

Oyunçu statistikası Ən çox oynayan oyunçularƏn QolçularNoOyunçuMatçMövsümNoOyunçuQolMatçMövsüm1Efecan Karaca19620131Murat Gökhan Çelebi741882000–20092Murat Gökhan Çelebi1882000–20092Nedim Vatansever631692005–20123Haydar Yılmaz1793Emre Akbaba541512013–20194Nedim Vatansever1692005–20124Vagner Love34442016–20185Rauf Kolancı1531989–19955Jonathan Ayite34772014–20176Sedat Sabuncuoğlu1521988–19956Erdoğan Paslı31831990–19967Emre Akbaba1512013–20197Esat Hosiç301011988–19928Hasan Hüseyin Gümüş1431990–19958Murat Gökhan Çelebi291042002–20099Metin Kurt1292003–20129Junior Fernandes2570-10İlyas Sakızcı1262002–201210Fatih Arat24532009–2012

İstinadlar