Cəmiyyət adaları (), Yoldaşlıq adaları — Sakit okeanın cənubunda, Polineziyada arxipelaq. Fransanın mülkü.Cəmiyyət adaları// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 276. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.
Sahəsi Sahəsi 1,6 min km2 .
Əhalisi Əhalisi 235,3 min (2012). İnzibati mərkəzi Papeete şəhəridir.
Coğrafi xüsusiyyətləri left|thumb|Ceyms Kukun rəhbərlik etdiyi səyahət qrupu İki qrup: Küləktutan və Küləktutmayan adalardan ibarətdir. Ən böyük adası Taitidir (sahəsi 1042 km2). Adaların çoxu vulkan mənşəlidir, mərcan rifləri ilə əhatələnmişdir. Maksimum hündürlüyü 2241 m (Taiti adasında). Tropik dəniz iqlimi var. Ortaaylıq temperaturlar 20-dən 26 °C-yədəkdir. Yağıntıların illik miqdarı 1500–2500 mm. Rütubətli meşələr, tropik bitki plantasiyaları var. Fosforit çıxarılır. Sədəf və mirvari əldə edilir. Balıq ovlanır. Cəmiyyət adalarını 1767-ci ildə ingilis C. Uollis kəşf etmişdir. London Kral Cəmiyyətinin şərəfinə adlandırılmışdır.
Həmçinin bax Taiti Cerba Polineziya Papeete
İstinadlar
Xarici keçidlər Cəmiyyət adalarının kosmosdan görünüşü
Kateqoriya:Fransa adaları Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Fransa Polineziyası adaları Kateqoriya:Okeaniya arxipelaqları