Məzrəsuyal silsiləsi - Şahbuz rayonu ərazisində, Naxçıvançayla Nursuçayın suayırıcısında yüksəkdağlıq silsilə. Zəngəzur  silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun qərb hissəsini təşkil edir və Naxçıvançayın dərəsi tərəfə enərək iki qola parçalanır. Ən yüksək zirvəsi Qoturdağ (hünd. 2050,8 m), ümumi uzunluğu 7 km-ə yaxındır. Silsilənin suayırıcısı hamardır və qədim düzlənmə səthinə cavab verir. Orta Eosen yaşlı çökmə və vulkanogen-çökmə süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz  seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında yerləşir.

Həmçinin bax Qapıcıq dağı Elti dağı Maparax Ağsal dağı

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları