Fındıq uzunburunu () — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin uzunburun böcəklər fəsiləsinə aid olan növ.

Xarici quruluşu thumb|left|150px|Görünüşü Fındıq uzunburun böcəyinin başı xortum şəklində irəliyə doğru uzanmışdır. Bu xortum dişi fərdlərdə bədəndəndə uzundur. Böcək qara rəngdədir, sarımtıl pulcuqlarla örtülmüşdür. Xortum və ayaqları qırmızımtıl-qonurdur. Bığcıqları xortumun düz ortasında yerləşmişdir. Yumurtası ellipsvaridir, təzə qoyulan vaxt ağ rəngdə olur, sonra qonurlaşır. Sürfəsi ayaqsızdır, sarılımtıldır, baş və döş buğumları qırmızı olur. axırıncı yaşda uzunluğu 10–15 mm olur, pupu ağ rənglidir, xortumu yaxşı seçilir. Pupun uzunluğu 9 mm-dir.N.H.Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, Bakı 1964

Həyat tərzi May ayının üçüncü ongünlüyündən etibarən böcəklər cütləşir, bundan 6-8 gün sonra yumurta qoymağa başlayır. Yumurta qoymaq üçün böcək xortumu vasitəsilə zərif meyvələrin qabıqlarını deşir və yumurtaqoyanı vasıtəsilə həmin deşiyə bir yumurta qoyur. Rüşeymin inkişafı 8-10 gün çəkir. Aprel ayının ortalarından başlayaraq sürfə puplaşır. Pup fazası 2 həftəyə qədər davam edir və sonra böcək uçur. Fındıq uzunburunu ildə bir nəsil verir.S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 194.

Yayılması Fındıq uzunburunu Azərbaycanda fındıq əkilən bütün rayonlarda geniş yayılmışdır.

İstinadlar

Ədəbiyyat S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. 1986, səh 194 N.H.Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, Bakı 1964 N.B.Mirzəyeva, Z.M.Məmmədov. Böyük Qafqaz bölgəsində meyvə və meşə ağaclarına zərərverən uzunburun böcəklərin bioekoloji xüsusiyyətləri və parazitləri. Z.M.Məmmədov. Azərbaycayda meyvə uzunbığı və alma çiçəkyeyəninin entomofaqları. S.R.Məmmədovanın 80 illiyinə həsr olunmuş sessiyanın materialları, 2005,Bakı, s.84-87.

Xarici keçidlər Curculio nucum

Həmçinin bax

Kateqoriya:Sərtqanadlılar Kateqoriya:1758-ci ildə təsvir edilən sərtqanadlılar Kateqoriya:Avrasiya həşəratları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları