Gəvikçay — Culfa rayonu ərazisində çay, Əlincəçayın sağ qoludur.

Haqqında Qavaxlı dağından başlanır. Əlincəçayın mənsəbindən 49 km məsafədə ona tökülür. Uzunluğu 12 km, hövzəsinin sahəsi isə 24 kv. km-dir. Əsasən qar və yağış suları ilə qidalanır. Yaz-yay daşqınları olur.

İstinadlar

Kateqoriya:Naxçıvan Muxtar Respublikasının çayları