Qaraarana dağı – Culfa rayonu ərazisində dağ (hünd. 896,2 m). Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-qərb istiqamətli Qarayoxuş qolunun  qurtaracağında, Culfa şəhərindən 3 km şimaldadır. Alt Miosenin Sakaraul regiomərtəbəsinə aid karbonat-çökmə süxurlarından təşkil olunmuş yastı təpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Ərəzin sinklinalının maili cənub-qərb qanadında yerləşir.

Həmçinin bax: Ağdaban dağı Xarxat dağı Bərdidaş dağı İstinadlar

Kateqoriya:Culfa rayonunun dağları