Levçay — Azərbaycanın Kəlbəcər rayonu ərazisindən axan çay. Çay öz başlanğıcını Murovdağ silsiləsindən götürür. Tərtər çayının sol qolunu təşkil edir. Uzunluğu təxminən 20 kilometrə yaxındır, hövzəsinin sahəsi 367 km²-dir. Mənbəyi Hinaldağın cənub yamacında dəniz səviyyəsindən 3250 m yüksəklikdən başlayır. Axımı qar, yağış və yeraltı sulardan formalaşır.

Suyu suvarmada istifadə edilir.

İstinadlar

Həmçinin bax Azərbaycan çayları

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Kəlbəcər rayonu Kateqoriya:Kürün hövzəsi