XV Benedikt (Cakomo delyi Çiyezi; ) — Roma Papası (1914–1922). Genuya Universitetində hüquqşünaslıq doktoru dərəcəsini almış, teologiya və diplomatiyanı öyrənmək üçün Romaya getmişdir. 1878-ci ildə keşiş, 1907-ci ildə Bolonya arxiyepiskopu, 1914-cü ildə kardinal olmuşdur. 1914-cü il sentyabrın 3-də Papa seçilmişdir. Birinci Dünya müharibəsini dayandırmağa çalışmış, bitərəflik siyasəti aparmışdır. 1917-ci ildə yeni Kanonik Hüquq Kodeksini bəyan etmişdir.
İstinadlar
Kateqoriya:Papalar Kateqoriya:İtalyan papalar Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:XX əsr papaları