Vaqif Mustafazadənin ev-muzeyi— Bakının tarixi kvartalı İçəri şəhərdə yerləşən ev-muzey. Bu muzeydə caz-muğamın banisi, bəstəkar və pianoçu Vaqif Mustafazadə yaşamışdır.

Tarixi Xatirə muzeyi 1989-cu il iyulun 28-də yaradılmışdır.

1994-cü ildə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olmuşdur.

1989–1997-ci illərdə Muzeyin direktoru Zivar Ağasaf qızı Əliyeva olmuşdur.

2005-ci il martın 16-da Vaqif Mustafazadənin anadan olmasının 65-ci ildönümündə ev muzeyinin açılışı olub. Vaqifin xatirəsini əbədiləşdirmək ideyası anası Zivər Əliyevaya məxsusdur.

1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirmişdir.

Ekspozisiya Muzey Azərbaycan sovet caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin (1940–1979) həyatına və fəaliyyətinə həsr olunub. Muzeydə Vaqif Mustafazadənin həyatı və işi ilə bağlı fotoşəkillər, plakatlar, disklər, sənədlər və şəxsi əşyalar daxil olmaqla, 1214 əşyadan ibarət 3 otaqı var. Evin sol küncündə Zivər xanıma məxsus olmuş, Vaqifin və qızı Əzizənin ilk pianinosu var.

Həmçinin bax Vaqif Mustafazadə

İstinadlar

Kateqoriya:Bakı muzeyləri Kateqoriya:Vaqif Mustafazadə Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Azərbaycandakı bioqrafik muzeylər Kateqoriya:Azərbaycandakı ev-muzeylər Kateqoriya:1989-cu ildə yaradılmış muzeylər Kateqoriya:Azərbaycandakı musiqi muzeyləri