Kolin Artur O’Donoqu () — İrlandiyalı aktyor və musiqiçi. Biri Var İdi, Biri Yox İdi serialında oynadığı Kapitan Kilian ”Huk” Cons rolu ilə tanınır. Bundan başqa 2011-ci il istehsalı olan Ayin filmində kahin Maykl Kovak rolunu ifa etmişdi. Həyatı və təhsili Kolin Con və Meri O'Donoqunun oğludur və o İrlandiyanın Droqeda şəhərində Roma-Katolik kilsəsi ailəsində böyüyüb. O yerli məktəblərdə təhsil aldıqdan sonra Dublinə getdi və burada The Gaiety School of Acting kollecinə daxil oldu. 16 yaşı olarkən fransız dilini öyrənmək üçün Parisə getdi.

Kariyerası Kolinin ilk karyera illəri İrlandiya və İngiltərədə teatrda və televiziya seriallarında rol almaqla başladı. 2003-cü ildə Krismas Üçün Ev filmində oynadığı Norman roluna görə Ən yaxşı yeni istedad nomonasiyası üzrə İrland Film və Televiziya Mükafatı-na layiq görüldü.

2009-cu ildə Tudorlar adlı tarixi serialın 3-cü mövsümündə "Bavariadan olan Duk Filip" adlı seriasında rol ifa etdi. Hollivuddakı ilk film debütünü Antoni Horpinks ilə Ayin (2011) filmi ilə etdi. O kastinq üçün özünün kastinq videosunu Droqedada dostunun studiyasinda hazırladı və ABŞ-yə göndərdi. 2003-cü ildə fəaliyyətə başlamış "The Enemies (Düşmənlər)" adlı musiqi qrupunun üzvüdür və qrup üçün mahnı oxuyur və gitara çalır.

2012-ci ildə ABC-nin hit serialı olan Biri Var İdi, Biri Yox İdi serialının ikinci mövsümünə Kapitan Huk roluna seçildi. 2014-cü ildə o Qum Fırtınası filmində əsas rol olan musiqiçi Brennan roluna çəkildi. Filmin çəkilişləri Tennessi ştatının Neşvill şəhərində baş tutdu.

Kristina Perri Kolinin Biri Var İdi, Biri Yox İdi serialındakı yaratdığı Kapitan Huk obrazı üçün "The Words (Sözlər)" adlı mahnı yazmışdır. The Enemies Kolin 5 nəfərdən ibarət olan The Enemies (Düşmənlər) adlı İrland musiqi bandının üzvü olmuşdur. Bu band o və yaxın dostu Ronan Makqullian tərəfindən 2003-cü ildə yaradılmışdır. Band özlərinin ilk albomunu 7 mart 2011-ci ildə satışa çıxartdılar. Kolin albom üçün mahnı ifa etmiş və gitara çalmışdır.

Band Koka-Kolanın "5BY20" layihəsi üçün mahnı hazırlamışdır. Onların debut albomları olan Sounds Big on the Radio 2013-cü ilin mart ayı üçün nəzərdə tutulsada sonradan 2014-cü ilə dəyişdirildi. 2013-cü ilin may ayında Kolin Biri Var İdi, Biri Yox İdi serialının çəkilişlərinə görə qrupu tərk etdiyini bildirdi.

Şəxsi həyatı Kolin 2009-cu ildə məktəb müəlliməsi olan Helena ilə Tudorlar serialındakı ifasından sonra evləndi. Çütlük 18 yaşlarından sevgili idilər və bir oğlan və bir qızları var. Filmoqrofiyası thumb|Kolin 2013-cü ildə PaleyFest mərasimində + Film rolları İl Filmin adı Rol Qeydlər 2003 Çağırılmış Qız Brendan Qısametrajlı film 2006 24/7 Nik Qısametrajlı film 2009 Ben Qısametrajlı film 2011 Ayin Maykl Kovak 2012 Anbar 24 Mark 2016 Qum Fırtınası Brennan 2017 Kerri Pilbi Professor Harrison 2018 Hələ Nələr Qalıb' | Peter | Post-istehsal''

+ Televiziya rolları İl Filmin adı Rol Qeydlər 2001 Üsyankar Ürək Rou Mini serial; 1 seria 2002 Krismas Üçün Ev Norman Quested Televiziya filmiİrland Film & Televiziya Mükafatı "Ən yaxşı yeni istedad"-a görəname="ifta" 2004 Eşq Narkotiqdir Piter 2 seria 2005 Sübut Ceymi 2 seria Ədalətli Şəhər Emmet Fitzqerald 3 seria 2006–08 Klinika Konor Elliott 11 seria 2009 Tudorlar Duk Filip Seria: "Kromvelin etmədiyi" Vəhşi Dekabrlar Gənc gözətçi Televiziya filmi 2011 Şəxsiyyət Con Blum Television pilot 2012–indiyədək Biri Var İdi, Biri Yox İdi Kapitan Huk Əsas rol (2-ci mövsüm–indiyədək)

+ Musiqi video rolları İl Ad İfaçı(lar) Rol Mənbə 2015 "The Words" Kristina Perri Sevgi marağı

Teatr İl Ad Rol Teatr Məkan Aoif və İzobel Procekt Teatr Dublin, İrlandiya Yazın Arzusu Hekayəçilər Teatr Şirkəti Dublin, İrlandiya Tutulma Olivier Teatr London, İngiltərə Eugun Oneqin – Yol Şousu Fərqlilik Teatr Şirkəti Oksford, İngiltərə Tərk Quarehawks Teatr Şirkəti Monaqan, İrlandiya Maykın Ay İşığı Kalipo Teatr Şirkəti Droqeda, İrlandiya Otello İkinci Əsr Teatr Şirkəti Dublin, İrlandiya Ucqar Adalar Ada Teart Şirkəti Çikaqo, ABŞ Səma Yolu Royal Teatr Voterford, İrlandiya Fıstığın Təmiri Rough Magic Teart Şirkəti Dublin, İrlandiya Yolda Gəzişmə Aksis Teatr Vankuver, Kanada Ölü Nə İstəyir Procekt Teatr Dublin, İrlandiya

Mükafat və nominasiyalar İl Mükafat Nominasiya Nəticə Qeydlər 2003 İrland Film və Televiziya Mükafatı Ən Yaxşı Yeni İstedad Krismas Üçün Ev 2014 Xalqın Seçimi Mükafatı Efirdə Bəyənilən Aktyor Cennifer Morrison ilə paylaşdı Biri Var İdi, Biri Yox İdi 2015 Yeniyetmə Seçimi Mükafatı Choice TV Liplock Cennifer Morrison ilə paylaşdı Biri Var İdi, Biri Yox İdi 2016 Yeniyetmə Seçimi Mükafatı Choice TV Liplock Cennifer Morrison ilə paylaşdı Biri Var İdi, Biri Yox İdi

Xarici keçidlər

İstinadlar

Kateqoriya:İrlandiya aktyorları Kateqoriya:İrlandiyada doğulanlar Kateqoriya:1981-ci ildə doğulanlar Kateqoriya:26 yanvarda doğulanlar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:İrlandiya müğənniləri Kateqoriya:İrlandiya musiqiçiləri