Nigar Həşimzadə (d. 19 iyul, 1964, Bakı, Azərbaycan) — iqtisadçı, professor, Durham Universitetində professor.

Həyatı 1964-cü il iyul ayının 19-da anadan olmuşdur.

Ailə üzvləri Atası Firidun Məmmədəli oğlu Həşimzadə (d. 1935) Fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət mükafatı laureatıdır.http://science.gov.az/forms/deystvitelnyie-chlenyi/43 )

Anası Munirə Ənvər qızı Nizamətdinova (1932-2015) Fizika-riyaziyyat elmləri doktoru, Fizika professorudur.https://scholar.google.ru/citations?user=SiSgOx4AAAAJ&hl=en )

Babası Məmməd Əli Uğurlu oğlu Həşimzadə (1906-1980).

Hazırkı vəzifələri: Durham Universiteti, Maliyyə və İqtisadiyyat Departamenti, Professor. Maliyyə, İqtisadiyyat, və İslami Maliyyə, Biznes Məktəbində Beynəlxalq Sığorta Şirkəti proqramlarının İdarə Heyətinin sədri. Elmi işçi, Maliyyə Araşdırmalar İnstitutu Elmi işçi, Vergi Araşdırma Mərkəzi İşçi, CESifo Tədqiqat Şəbəkəsi Baş Redaktor, Vergi Administrasiyası jurnalı

Könüllü vəzifələri 2016-cı il oktyabr - dekabr: Könüllü araşdırmaçı CESifo Münhen, Almaniya 2009-cu il yanvar - may: Könüllü professor, Kornell Universiteti, ABŞ

Təhsili 1998 - 2003: Kornell Universiteti, Ithaca, Nyu York, Amerika Birləşmiş Ştatları. İqtisadiyyat, MA; İqtisadiyya üzrə fəlsəfə doktoru. Sage təqaüdü. Elmi işinin adı: "Dinamik iqtisadiyyat haqqında üç oçerklər". 1997 - 1998: Miami Universiteti, Oksford, Ohayo, Amerika Birləşmiş Ştatları. İqtisadiyyat MA. Muskie təqaüdü. Elmi işinin adı:  "Siyasi qeyri-müəyyənlik altında insan kapitalı və artım." 1987 - 1990: Fizika İnstitutu, Bakı, Azərbaycan SSRİ. Yarımkeçiricilər və dielektriklər fiziki, Fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru ekvivalenti), Lenin təqaüdü. 1980 - 1985: Azərbaycan Dövlət Universiteti, Bakı, Azərbaycan, SSRİ. Fizik, Ali təhsil diplomu (MSc ekvivalent). Fərqləndirmə Diplomu ilə bitirmişdir. 1977 - 1980: # 134 tam orta məktəbi, Bakı, Qızıl medal ilə bitirmişdir. 1970 - 1977: # 27 orta məktəb, Bakı.

İş fəaliyyəti 2008 - 2013: Ridinq Universiteti professoru, Böyük Britaniya. 2008 - 2011:  Araşdırma direktoru, İqtisadiyyat. 2011 - 2013:  İqtisadiyyat şöbəsinin rəhbəri. 2012 - 2013:  İqtisadiyyat Bakalavr Proqramları Rəhbəri 2007 - 2008:  Dosent, Ekseter Universiteti, Böyük Britaniya. 2003 - 2006:  Mühazirəçi, Ekseter Universiteti, Böyük Britaniya. 1994 - 1997:  Elmi tədqiqatçı, Fizika İnstitutu,  Bakı, Azərbaycan. 1990 - 1993:  Kiçik Elmi İşçi, Fizika İnstitutu, Bakı, Azərbaycan. 1985 - 1987:  Kiçik Elmi İşçi, Fotoelektronika İnstitutu, Bakı, Azərbaycan, SSRİ.

Nəşrləri

Jurnal məqalələri 28 ədəd jurnal məqaləsinə sahibdir.

Monoqrafiyalarda məqalələri   "Bir təsadüfi mübadilə iqtisadiyyatında qeyri-müəyyənlik altında sağ qalma", (M. Majumdar ilə) Riyazi Statistika Mühazirə Qeydləri İnstitutu / monoqrafiya Sseriyası, Cild 41, səh. 187-208 (2003).   "Sağ qalma, qeyri-müəyyənlik, və tarazlıq nəzəriyyəsi: ekspozisiya" (M. Majumdar ilə), David Kass üçün Festşrift (A. Citanna, J. Donaldson, et.al. EDS) Dinamik Ümumi Tarazlıq nəzəriyyəsi Esseləri : İqtisadiyyat nəzəriyyəsi Cild Studies. 20, səh. 107-128 (2005).   "Bəzi monoton Markov modelləri" (M. Majumdar ilə), İqtisadi nəzəriyyə və siyasəti ölçüləri: Anjan Mukherji üçün esselər (Redaktorları: K.G. Dastidar və başqaları.), OUP (2011).   "Uzunmüddətli qiymət dinamikası: əmtəələr arasında əvəzolunın ölçülməsi" (K. Kasson və M. Kasson ilə), İqtisadiyyat tarixində geniş system məlumat bazalarında: Tədqiqat Metodları və Mülahizə Araşdırmaları (Eds: M. Kasson və N. Həşimzadə), Routledge (2013).   "Vergi uyğunluğu və auditi analiz üçün agentlərə əsaslanan  modelləşdirilmədən  istifadə" ( G. D. Maylis), Vergidən yayınmanın agentlərə əsaslandırılan modelləşdirilməsi: Nəzəri aspektləri və hesablama simulyatorları,  (Redaktorları: S. Hokamp, L. Qulyas, M. Koehler and S. Vijesinqe), Uayli (2017).

Kitabları və müxtəlif kitablardakı redaktələri Aralıq İctimai İqtisadiyyat üçün dərslik ( J. Hindriks və G.D. Maylis ilə) I nəşr, MIT nəşriyyatı (2006), II nəşr, MIT nəşriyyatı (2012). Oksford İqtisadi terminlər lüğəti ( G. D. Maylis və J. Blak ilə), III nəşr, OUP (2009), IV nəşr, OUP (2012), V nəşr, OUP (2017). Empirik makroiqtisadiyyatda tədqiqat metodları və tətbiqi üsullarının təlimat kitabı ( həmmüəllif M. Torton ), Eduard Elqar (2013) İqtisadiyyat tarixində geniş məlumat bazası sistemi: Tədqiqat Metodları və Hadisələrin Tədqiqi (həmmüəllif M. Kasson), Roudledg (2013) Vergilərin aradan qaldırılması ilə bağlı tədqiqatlarda əməkdaşlıq ( həmmüəllif Y. Epifantseva), Routledg ( nəşr 2017-ci il, oktyabr).http://comforal.ru/cat/nigar-hashimzade-gareth-myles-john-black-a-dictionary-of-economics/

Fizika jurnallarında nəşrləri 1987 - 1997-ci ildə beynəlxalq hakimlərin yoxladığı fizika jurnallarında aparıcı 11 məqalə.

Konfrans və Seminarlarda iştirak Konfranslar Və Seminarlarda (32 təqdimat).

Həmçinin bax İqtisadiyyat İqtisadi nəzəriyyə

İstinadlar

Xarici keçidlər Durham Universitetinin azərbaycanlı professoru

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan iqtisadçıları