Kolokol adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.
Yerləşməsi Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 5,9 km şimal-qərbdə yerləşir. Qonşuluğunda yerləşən Qlavnıy və Krayniy adaları ilə qumlu sayla birləşir (müvafiq olaraq 500 m və 650 m).
Təsviri Uzunluğu bir km-dən çox, eni isə 250 metr təşkil edir. Adanı ilk kəşf edənlər onu iri kilsə zənginə bənzətdiyindən bu cür adlandırmışlar. Cənubunda elə də böyük olmayan göl vardır.
Xəritə Xəritə
Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Şimal Torpağı adaları Kateqoriya:Demyan Bednıy adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları