Naxçıvan MR geoloji quruluşu Ş. Əzizbəyov, A. Antonov, B. Budaqov, və b. tərəfindən öyrənilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisi geoloji baxımdan Kiçik Qafqazın Naxçıvan qırışıqtektonik zonasında yerləşir. Ərazinin geoloji quruluşunun qalınlığı 14 km-dir. (Kaynazoy, Mezazoy və Paleozoy eraları). Ərazidəki yer qabığının qalınlığı 48–54 km olaraq "qranit" qatı 15–20 km, "bazalt" qatı isə 20–25 km-dir. Geoloji quruluşuna görə Naxçıvan Muxtar Respublikası ərazisi Birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi, Ordubad sinklinorisi və Zəngəzur antiklinorisi. Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur – Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Göründüyü kimi, Naxçıvan MR-in Arazboyu maili düzənlik zonası ayrıca bir geoloji struktur təşkil etməyib, dağlıq ərazi ilə eyni struktura malikdir. Lakin Arazboyu düzənlik zonada IV dövr çöküntüləri üstünlük təşkil edir.Feyruz Bağırov. Naxçıvanın təbii sərvətləri. Naxçıvan-2008. səh.39

Naxçıvan vilayətinin ərazisi birinci dərəcəli üç qarışıqlı strukturu əhatə edir: Şərur-Culfa antiklinorisi Ordubad sinklinorisi Zəngəzur antiklinorisi Bu strukturlar Ümumqafqaz istiqamətlidir. Şərur-Culfa antiklinorisində təbaşirə qədər, Ordubad sinklinorisində isə oliqosendən sonrakı və miosendən əvvəlki xətti qırışıqlıqla əlaqədar əmələ gəlmişdir. Şərur-Culfa antiklinorisi Naxçıvan MR ərazisində Naxçıvan çuxuru ilə ayrılmış ikinci dərəcəli antiklinorilərə parçalanmışdır. Bunlar şimal-qərbdə Şərur, cənub-şərqdə isə Culfa antiklinoriləridir. Şərur-Culfa antiklinorisinin quruluşunda devon, karbon, perm və trias çöküntüləri iştirak edir. Ayrı-ayrı sahələrdə isə yura çöküntüləri də vardır. Şərur-Culfa antiklinorisinin şimal-şərq qanadını təşkil edən Culfa antiklinorisi üst perm, trias, yura və üst təbaşir süxurlarından yaranmışdır. Antiklinorinin oxu İran ərazisinə də keçir.

Aşağıda, Şərur-Culfa antiklinorisinin quruluşunda iştirak edən devon, karbon, perm və trias çöküntülərinin qısa təsviri verilirSəfərəli Babayev. Naxçıvan Muxtar Respublikasının coğrafiyası. Elm-1999 :

İnkişaf tarixi Naxçıvan qırışıqlıq əyalətinin geoloji inkişaf tarixini iki böyük tsikl — hersin və alp təşkil edir. Hersin (devon-trias) dövrünün vahid geosinklinalı (tetis) epoxanın sonunda qalxaraq qırışıqlığa çevrilmişdir. Alp siklində (yura-antropogen) çöküntütoplanma prosesi hersinə nisbətən daha mürəkkəb olmuşdur.

Yura dövründə əyalətin şərq hissəsindəki dar çökəklik alt leyasda əsas tərkibli vulkanogen süxurlarla dolmuş və devonda gilli-mergelli dəstə ilə əvəz olunmuşdur. Kimmericdə paleozoy-trias substratının yuyulması ilə müşahidə olunan əyalətin yenidən çökməsi qeyd olunmuşdur.

Senoman dövründə əyalətin yenidən çökməsi və dəniz transqressiyası başlamışdır. Turon dövrünün başlaması ilə Ordubad çökəkliyinin geotektonik şəraitinin dəyişməsi, yəni çökəkliyin şərq və şimala doğru miqrasiyası ilə müşahidə olunan yeni inkişaf mərhələsi başlamışdır. Konyak-santon çöküntüləri baxılan ərazidə həmin əhəngdaşları və onun müxtəlif növlərindən ibarətdir ki, bu da qırıntı terrigen çöküntülərinin toplanmasının qurtardığını göstərir. Kampanın üst yarısında əyalətin şimal-qərb hissəsi qalxmağa məruz qalmış və hövzənin sahil xətti şərqə doğru hərəkət etmişdir. Kampanın sonunda qalxma hərəkətləri daha da güclənmişdir.

Çöküntülərin uyğun yatmasına əsaslanaraq qeyd etmək lazımdır ki, Kampandan Maastrixtə keçid müntəzəm surətdə baş vermişdir. Maastrixt cənub-şərqdə daha geniş mütəşəkkillik tapmışdır.

Dat reqressiyasından sonra paleogen və alt eosen sərhəddində, baxılan ərazidə, qalxma və enmə zonalarının yerləşməsində yeni dəyişikliklər qeyd olunmuşdur.

Alt eosendə başlanmış transqressiya öz maksimumuna alt lyütetdə çatır. Bu zaman vulkanik fəaliyyətin zəifləməsi müşahidə olunur.

Alt lyütetdən fərqli olaraq üst lyütet (qırıntı-tufogen lay dəstəsi) çöküntülərinin qalınlığının daha çox olması, differensial hərəkətlərin mürəkkəbləşdiyini göstərir. Çökmə zonasında (Zəngəzur dağ silsiləsi və onun qərb yamacı) lokal qalxımların artması müşahidə olunur. Orta və üst lyütetin karbonatlı-tufogen süxurlarında çoxlu miqdarda nummulitlərin olması orta eosen hövzəsinin yüksək temperatur rejiminə malik olmasını göstərir. Üst eosenin əvvəlində baxılan razidə vulkanik fəaliyyət zəifləyir. Buna görə də bu lay dəstəsi əsasən əhəngdaşlı gillərdən, argillitlərdən və təmiz əhəngdaşlarından ibarətdir.

Bununla bərabər üst eosen lay dəstəsinin kəsilişində Əlincəçay, Naxçıvançayın orta axımı boyu, Qaradərə çayının üst axımı hövzəsində kobud dənəli müxtəlif süxurlar qeyd olunur(tufoqravellitlər və tuflukonqlomeratlar).

Statiqrafiya və litoqrafiya Naxçıvan Muxtar Respublikası ərazisinin geoloji-litoloji kəsilişində aşağıdan yuxarı Devon, Karbon, Perm, Trias, Yura, Təbaşir, Paleogen, Neogen yaşlı çöküntülər iştirak edir.

Devon Naxçıvan ərazisində devon çöküntüləri alt, orta və üst bölmələri ilə iştirak edir.

Ancaq Muxtar respublikanın şimal-qərb hissəsində 160 km² sahədə yayılmışdır. Qeyd edildiyi kimi, bu çöküntülərə mütləq yüksəkliyi 1100–1200 metrə çatan Vəlidağda, Bozdağda və Sarıdağda təsadüf olunur. Şərqi Arpaçay hövzəsinin aşağı axınında bu dövr çöküntüləri iki zolaqda yayılmışdır. Onlardan biri Görənqala-Oabaqdağ-Bağırsaq dərəsi-Ermənistan sərhəddi boyunca, cənub-qərbdən şimal-şərq istiqamətində, digəri isə Dəvəöləndən yuxarı Danzik-Ardıc dağı xətti üzrə uzanır. Aşağı devon çöküntüləri başlıca olaraq iridənəli gilli əhəngdaşlarından, şistli və kvarslı qumdaşlarından; orta üst devon çöküntüləri isə kvarslı qumdaşlarından, pelitomorf əhəngdaşlarından, kvarsitlərdən, gilli şistlərdən və başqa süxurlardan təşkil olunmuşdur.

Alt devon (D1) çöküntülərinə Dəhnə dağı ərazisində quyular vasitəsilə rast gəlinmişdir. Bu çöküntülər litoloji olaraq şistlənmiş piritli əhəngdaşlarından və argillitli kvarslardan ibarətdir.

Orta devon (D2) Muxtar Respublika ərazisində eyfel və jivet mərtəbələri ilə müşaiət edilir. Eyfel mərtəbəsi Dəhnə və Vəlidağ antiklinallarının nüvə hissəsini təşkil edir, jivet mərtəbəsi isə Bozdağ və Sarıdağ dağlarında xarakterik fauna vasitəsi ile Sədərək və Armudlu (Dan Yeri) təbəqələrinə ayrılır. Sədərək rayonunun şimalında jivet mərtəbəsinin qalınlığı 280 metrdir. Litoloji olaraq kristallaşmış əhəngdaşlarından, qumdaşlarından, gilli şistlərdən və kvarslı qumdaşlarından ibarətdir.

Üst devon (D3) Naxçıvanda frans və famen mərtəbələri ilə müşaiət edilir. Frans mərtəbəsi Arpaçayın sol sahilində Yuxarı Armudlu (Hal hazırda bu kəndin bir hissəsi Dan Yeri kəndindən yuxarıda yerləşən süni gölün altındadır) kəndi ərazisində 650 metr qalınlığa malik əhəngdaşlarından ibarətdir. Bu əhəngdaşları qumludurlar, bitiumlaşmışdırlar, alevrolitli-mergellidirlər, bəzi sahələrdə şistləşiblər. Çoran qalasının cənubunda 280 metr qalınlığa malik frans mərtəbəsi gillərdən, qumdaşlarından, əhəngdaşlarından, kvarsitlərdən təşki ediliblər. Famen mərtəbəsi şərqi Arpaçayın Yuxarı Armudlu (Dan Yeri) kəndi ərazisində kristallaşmış əhəngdaşlarından bitiumlaşmış gillərdən, oolitlərdən ibarət olaraq 300m qalınlığa malikdir.

Karbon Şərqi Arpaçay dərəsi rayonunda iki zolaq boyu yayılmışdır:

Birinci zolaq Görənqala dağının cənub-şərqindən başlayan zolaq Münxbalaoğlu dağına doğru uzanır və 1400–1600 metr yüksəkliyə qədər qalxır.

İkinci zolaq Aşağı Yaycı kəndindən başlayıb Ardıc dağına doğru uzanır.

Karbon dövr sistemi başlıca olaraq orta və nazik qatlı, eləcə də qalın və massiv əhəngdaşlarından, qumdaşlarından, gilli şistlərdən və başqa süxurlardan təşkil olunmuşdur.

Bu çöküntülər Naxçıvan Muxtar Respublikasının şimal-qərb hissəsində Yaycı kəndi, Dan yeri kəndi və Ardıc dağlarında yayılmışlar.

Neogen Neogen çöküntüləri Naxçıvan muldasında, Darıdağda, Sirabda, Vayxır və digər mineral su yataqları ərazilərində yayılmışdır, litoloji olaraq əhəngdaşlarından, qumdaşlarından, mergellərdən ibarətdirlər.

Dördüncü dövr. Darıdağ mineral su yatağı ərazisində Dördüncü dövr çöküntülərinin dörd şöbəsinin hamısı iştirak edir: Aşağı, Orta, Üst və

Müasir Aşağı şöbə qalınlığı 4–5m olan qumdaşlı və əhəngdaşlı konqlomerat horizontundan ibarətdir. Bu horizont yatağın hər iki qanadında və keçmiş Darıdağ mədəninin qəsəbəsi ətrafında geniş yayılmışlar.

Aşağı şöbə Bu şöbə alüvial-delüvial mənşəli çöküntülərdən ibarət olub, ərazidə mövcud olan bütün quru dərələri doldurmuşdur.

Üst şöbə Alüvial-elivial-delüvial çöküntülərdən ibarətdir. Alüvial çöküntülər orta dənəli qum, qumca, gilcə və gil dolduruculu çınqıllardan ibarətdir.

Müasir şöbə Bu şöbənin çöküntləri gillərdən, gilcələrdən, qumlardan və qumcalardan ibarətdir. Bu şöbəyə mineral sularda çökmüş travertinlərdə aid edilir. Travertin (əhəngli tuf) cavan vulkanizm rayonlarında karbon qazlı mineral su mənbələrindən çökən və böyük qalınlığa malik laylar əmələ gətirən müasir çöküntülərdir. Ən qalın travertin laylarına Naxçıvan MR-in Babək və Kəngərli rayonlarında rast gəlinir və bu ərazilərdə Buzqov, Şahtaxtı və Qarabağlar kimi sənaye əhəmiyyətli yataqlar aşkar edilmişdir. Travertinlər qədim və müasir kimi iki yerə ayrılırlar: Qədim travertinlər bir qayda olaraq antiklinalın şimal-şərqində yayılıblar. Travertinlər əsasən kalsitlər və oroqonitdən ibarətdirlər, rəngləri boz və sarımtıl bozdur, qalınlığı 2–3metrdir. Müasir travertinlər fəaliyyətdə olan bulaqların ətrafında yayılaraq bərk və az qalınlıqlı laycıqlardan təşkil olunublar. Ağ rəngli oroqonitlərdən və kalsitlərdən ibarətdirlər.

Perm dövr süxurları Perm dövr süxurları Ərazinin şimal-qərb hissəsində (Şərqi Arpaçay hövzəsində) Şərur-Bağırsaq dərəsi boyunca Qaraultəpə dağınadək; Axura kəndindən Qabaqyal dağına qədər olan sahədə, Buzqov dağı ilə Xaçik kəndi arasında və başqa yerlərdə yayılmışdır. Perm çöküntüləri yuxarıda göstərilən sahələrdə 1600–2500 metrə qədər olan yüksəklikdədir. Bu dövrün süxurları gilli-qumdaşılı əhəng daşlarından, mergelli şistlərdən, qalınqatlı əhəng daşlarından və digər çöküntülərdən təşkil olunmuşdur.

Trias dövr süxurları Trias dövr süxurları Qarabağlar, Tənənəm, Axura, Çalxanqala, Cağazir kəndləri ətrafında, Anabadgədik, Qaraquş, Ərikli, Binnətəli, Rəmlər, Buzqov, Keçəltəpə, Mehridağ, Ardıc və başqa dağlar ərazisində yayılmış və müxtəlif qalınlığa malik olan əhəngdaşlarından, dolomitlərdən və başqa süxurlardan ibarətdir. Yuxarıda göstərildiyi kimi, paleozoy və trias çöküntüləri Şərur-Culfa antiklinorisində dörd dik yatımlı assimetrik antiklinal təşkil edir: Dəhnə-Vəlidağ, Yaycı-Sədərək, Yuxarı Danzik və Mehridağ. Bu antiklinallar şimal-qərb istiqamətlidir.

Dəhnə-Vəlidağ antiklinalı Dəhnə-Vəlidağ antiklinalı coğrafi mövqeyinə görə respublika ərazisinin ən cənub hissəsində yerləşir. O demək olar ki, tamamilə miosen və dördüncü dövr çöküntüləri ilə örtülmüşdür. Bu strukturanın mərkəzində üzə çıxan orta devon çöküntüləri Dəhnə-Vəlidağ, Bozdağ və Sarıdağ qruplarını təşkil edir. Antiklinalın qanadları isə karbon və perm çöküntülərindən təşkil olunmuşdur. Devon çöküntüləri yuxarıda qeyd etdiyimiz hündürlükləri təşkil etməklə, ikinci dərəcəli kiçik qırışıqlıq əmələ gətirir.

Yaycı-Sədərək antiklinalı Yaycı-Sədərək antiklinalı Şərqi Arpaçay hövzəsində yerləşir. O, orta və üst devon çöküntülərindən təşkil olunmuşdur. Belə ki, orta devon çöküntüləri antiklinalın mərkəzində Kalafa ağıldan şimalda, üst devon çöküntüləri isə dağətrafı hissədə və qırışığın qanadlarında üzə çıxır, cənub qanadda onlar alt karbonla əvəz olunur, şimalda isə üstəgəlmə ilə kəsilir. Bağırsaq dərəsi ilə Şərqi Arpaçay arasında antiklinalın şarniri batdığından orta devon çöküntüləri arasında görünmür.

Yuxarı Danzik antiklinalı Yuxarı Danzik antiklinalı Yaycı-Sədərək antiklinalından şimal-şərqdə yerləşir. O, Pəyə dərəsinin başlanğıcından Yuxarı Danzik kəndinə qədər uzanır, sonra isə Şərqi Arpaçayı keçərək Təndirli və Qaraulxana dağlarına qədər davam edir. Antiklinalın mərkəzində orta və üst devon çöküntüləri, qanadlarında isə karbon çöküntüləri iştirak edir.