Cefferson-Siti () – ABŞ-nin mərkəzi hissəsində şəhər. Missuri ştatının inzibati mərkəzi.Cefferson-Siti// Büssel – Çimli-podzol torpaqlar / baş red. M. K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 211. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 43,1 min (2011; aqlomerasiyada təqribən 150 min).

Coğrafiyası Missuri çayının sağ sahilində yerləşir. Avtomobil yolları qovşağı, Sent-Luis–Kanzas-Siti dəmiryol xəttində stansiya Çay portu. Kolumbiya regional aeroportu (Cefferson-Sitidən şimalda).

Tarixi Əsası 1821-ci ildə ştatın inzibati mərkəzi kimi qoyulmuşdur. Tomas Ceffersonun şərəfinə adlandırılmışdır. 1839-cu ildən şəhərdir. 1830-cu illərdən burada Almaniyadan gəlmələr sürətlə məskunlaşmışlar. 1993-cü ildə baş vermiş daşqın nəticəsində güclü dağıntılara məruz qalmışdır.

Memarlığı Linkoln Universiteti [ 1866, əsası Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsi (1861–65) veteranları – afroamerikalılar tərəfindən qoyulmuşdur], Missuri ştatı muzeyi (italyan renessansı üslubunda tikilmiş Kapitoli binasında, 1911–18), Missuri ştatının hərb tarixi muzeyi, Kristofer Mausun evi (1854) var. Hər il caz festivalı keçirilir (1994-cü ildən, sentyabrda).

Sənayesi Cefferson-Sitinin işləyən əhalisinin 60%-dən çoxu (təqribən 17 min nəfər; 2005) ştatın inzibati idarələrində, aqlomerasiyada işləyənlərin təqribən 10%-i sənayedə çalışır. Ayaqqabı, avtomobil detalları və ləvazimatları (oturacaq, radiator və s.), elektro-texnika avadanlığı və kosmetika istehsal edilir; poliqrafiya müəssisələri var. Kənd təsərrüfatı rayonunun ticarət-bölüşdürücü mərkəzidir (qarğıdalı, buğda, soya paxlası və s.).

Qalereya

Həmçinin bax Nyu-York Vaşinqton

Xarici keçidlər Cefferson-Siti şəhər mərkəzi

İstinadlar Kateqoriya:Missuri şəhərləri