Aracı dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 3071,6 m). Zəngəzur silsiləsinin suayırıcısında  zirvə. Naxçıvançayın Şahbuzçay və Əlincəçayın Ərəfsəçay qollarının mənbə hissəsində,  Keçili kəndidən 6,5 km şərqdədir. Alt Pliosen yaşlı dolerit və andezit-dasit  tərkibli uzunsov ştok formalı subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Şimal-şərq və şimal-qərb istiqamətli qırılmaların kəsişmə düyününə aid edilir.

Həmçinin bax Gədikdağ Gəlinqaya (Şahbuz) Keçəldağ (Şahbuz) Maparax Qapıcıq dağı

İstinadlar

Kateqoriya:Şahbuz rayonunun dağları Kateqoriya:Azərbaycan coğrafiyası