Bahar xanım Talıbova () — Sosialist Əməyi Qəhrəmanı, pambıqçı.

Həyatı Bahar Talıbova 1927-ci il mart ayının 17-də Şərur rayonunun Aşağı Aralıq kəndində dünyaya göz açmışdır. Böyük Vətən müharibəsi başlananda Bahar Talıbova Şərur rayonundakı Qarxun kənd yeddiillik məktəbinin beşinci sinfində oxuyurdu. Atası müharibədə həlak olandan sonra ailəni dolandırmaq üçün məktəbdən ayrılmadan əmək fəaliyyətinə başlamışdır. 1943-cü ildə Şərur rayonunun Qarxun kənd məktəbini bitirdikdən sonra "Zəhmət" kolxozunda çalışan Bahar xanım Talıbovanın adına 16 yaşında ilk əmək kitabçası yazılmış, 1951-ci ildən Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda manqa başçısı işləmişdir.

Təltifləri Böyük Vətən müharibəsi dövründə və müharibədən sonrakı illərdə əməyi qiymətləndirilən Bahar Talıbova ilk dəfə 1941–1945-ci illərdə "Rəşadətli əməyə görə" medalı ilə təltif olunmuşdur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 1959-cu il 27 oktyabr tarixli Fərmanı ilə Bahar Talıbovaya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının "Pambıq ustası" fəxri adı verilmişdir.1959-cu ildə manqa başçısı işləyərkən 12 hektar sahənin hər hektarından 60 sentner pambıq götürdüyündən Bahar Talıbovaya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1960-cı il 7 mart tarixli Fərmanı ilə SSRİ-də ən yüksək fəxri ad olan "Sosialist Əməyi Qəhrəmanı" adı verilmiş, o, "Azərbaycan SSR-in qırx illiyi şərəfinə" yubiley medalı, "Lenin" ordeni və "Oraq və çəkic" qızıl medalı ilə təltif olunmuşdur. Bahar xanım bu yüksək ada Naxçıvan Muxtar Respublikasında 33 yaşında layiq görülən birinci qadın idi. Sonrakı dövrlərdə də onun əmək uğurları yeni təltiflərdə öz əksini tapmış, o, 1964-cü ildə Azərbaycan SSR-in "Əməkdar pambıqçısı" fəxri adı, 1966-cı ildə "Qırmızı əmək bayrağı" ordeni, 1971-ci ildə isə "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir.

Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1982-ci il 19 avqust tarixlı qərarı ilə İttifaq əhəmiyyətli fərdi təqaüd verilmişdir.

Heydər Əliyevin 2002-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşdür.

İctimai fəaliyyəti Bahar Talıbova dörd çağırış – 16 il SSRİ Ali Sovetinin, 3 çağırış – 12 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

Bahar Talıbova uzun illər Şərur Rayon Qadınlar Şurasının sədri olmuş, dəfələrlə kolxozçuların ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Bahar xanım əldə etdiyi yüksək göstəricilərə görə dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına layiq görülmüşdür.

İşlədiyi dövrdə ona verilən tapşırıqları ikiqat artıqlaması ilə yerinə yetirdiyindən dəfələrlə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirak etmiş, sərginin gümüş medalına layiq görülmüşdür.

Xatirəsi Bahar Talıbovanın qazandığı yüksək göstəricilər "Bizim qadınlar" və "Nəsillərə nümunə: qayğı dolu ömür yolu" sənədli filmlərində öz əksini tapmış, 2007-ci ildə ictimai xadimin 80 illik yubileyi münasibətilə tərtib edilmiş "Qayğı dolu ömür yolu" kitabı nəşr olunmuşdur. Şıxəli Qurbanov, Hüseyn İbrahimov, Elman Həbib, Asim Yadigar, Ələddin Eyvazov ona əsərlər həsr etmişlər.

İstinadlar

Xarici keçidlər Sosialist Əməyi Qəhrəmanı Bahar Talıbovanın 90 illik yubileyi qeyd olunmuşdur / "Şərq qapısı" qəzeti 17-03-2017-ci il Talıbova Bahar Məhərrəm qızı (азерб.) // Naxçıvan ensiklopediyası. — Национальная Академия Наук Азербайджана, 2005.

Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Talıbovlar Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin V çağırış deputatları