Məryəm Səfərova (d. 3 iyul 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. O, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin baş qəhrəmanı olan Mina obrazını canlandırıb.
Həyatı Məryəm Səfərova 2004-cü il 3 iyulda anadan olub.
Karyerası Məryəm Səfərova 2009-cu ildən etibarən bədii gimnastika ilə məşğul olur.
Məryəm Səfərova beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Məryəm Səfərova, Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü.
Elə həmin ildə o, Bolqarıstanın Plovdiv şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı və yenə, yarışların qızıl medalına layiq görüldü.
2015-ci ildə isə Məryəm Səfərova Bakı Çempionatında da qızıl medala sahib oldu.
IV İslam Həmrəyliyi Oyunları Məryəm Səfərova 2017-ci il 12 mayda Bakı Olimpiya Stadionunda baş tutan IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində, Eleonora Yusifova, Nərminə Səmədova və Nəzrin Cəfərzadə ilə birgə, Mina obrazınının canlandırdı.
Həmçinin bax Eleonora Yusifova Nərminə Səmədova Nəzrin Cəfərzadə
İstinadlar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın bədii gimnastları Kateqoriya:Bədii gimnastika üzrə Avropa Çempionatının medalçıları