Cəfərxan Abbas oğlu Abbasov () — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1950).
Həyat və əmək fəaliyyəti Cəfərxan Abbasov 1903-cü ildə İliç rayonunun Təzəkənd kəndində anadan olmuşdur. İliç rayonunun M.Qorki adına kolxozunda manqa başçısı işləmişdir. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 17 iyun 1950-ci ildə pambıqçılığın inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur. Cəfərxan Abbasov 29 avqust 1965-ci ildə İliç rayonunun (indiki Şərur rayonu) Oğlanqala kəndində vəfat etmişdir.
Mənbə
Abbasov Cəfərxan Abbas oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.
Kateqoriya:Azərbaycan pambıqçıları Kateqoriya:Şərur rayonunda doğulanlar Kateqoriya:Şərur rayonunda vəfat edənlər Kateqoriya:Naxçıvanlı Sosialist Əməyi Qəhrəmanları