Aşıq Şivğa (əsl adı: – Luka Beridze; ) — XIX əsr Gürcüstan aşıq–şairi.
Həyatı Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir.Gürcü Ədəbiyyatı Muzeyinin Əlyazmalar Fondu. iş №№ 22298-22301, vər. 43, 47 Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir.Gürcüstan Milli Tarix Arxivi, fond 254, siyahı 2, iş № 346, vər. 234. Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir.
Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir.
Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır.Ş.Lomsadze. Mesxet-Cavaxet, Tiflis, 1975, s. 513.
Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.
Aşıq Şivğa erməni aşığı Civaniylə (1848-1909) və 19-cu yüzilin sonlarında Mesxet-Cavaxetdə «baş aşıq» şöhrəti qazanmış Şenlik Çıldırlı ilə dost olmuşdur.
Təxəllüsü "Şivğa" onun təxəllüsü olub. Aşığın bir zamanlar izah etdiyinə görə üzüm tənəyində təzəcə cücərib boy atan zoğ, şöv mənasını daşıyırdı.
Yaradıcılığı Mesxetdə Aşıq Şivğa böyük şöhrət qazanmışdı. O, türk havalarından istifadə edərək gürcü kəndlisinin ağır həyatından oxuyurdu.Дж.Иванишвили. Песни, возврашённые к жизни.... Газета "Заря Востока", 30 мая 1990.
O, şeirlərinin əksəriyyətini bədahətən deyərmiş. Xüsusi təhsil görməmiş Aşıq Şivğa şeirlərini yazıya almamışdır, amma güclü hafizəsinin köməyi ilə onları əzbər bilirmiş. Camaat da onun şeirlərini sevir və əzbərləyirmiş.
Şivğanın iki minə qədər şeiri var imiş. O, şeirlərini uşaqlıqdan gözəl bildiyi türk dilində qoşurmuş. Şivğanın əlyazmalardakı ona qədər şeiri gürcü əlifbası ilə yazıya alınmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gürcüstan aşıqları Kateqoriya:Gürcüstanda vəfat edənlər Kateqoriya:Gürcüstanda dəfn olunanlar