Qarğıdalı qarabədən böcəyi () — bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir.

Quruluşu Bu böcək qara rənglidir və onun ön döşü qanadüstlüyünə möhkəm birləşmişdir. Uzunluğu 7,5–9 mm-dir. Sürfələri sarəmtıl, döş buğumları və sonuncu qarıncıq buğumu tutqun sarı rənglidir. Qarıncığın nəhayətindən 4 qılcıq çıxır. Sürfələrin uzunluğu 20 mm-ə qədər ola bilir. Böcəklər bir ildən artıq yaşayır və alaq otları ilə qidalanır. Onlar gecələr fəaldır, gündüzlər isə kəsək, ot topaları və s. altında gizlənir. Sürfə və böcək mərhələsində qışlayır.

İnkişafı Qışlamış dişilər erkən yazda qışlama yerindən çıxıb günəşin yaxşı qızdırdığı torpağı yumşaq və bitkiləri seyrək olan sahələrdə yumurta qoyur. Onlar bitkisi sıx olan sahələrə yumurta qoymur. Rüşeym inkişafı 9-15 gün davam edir. Yumurtadan çıxan sürfələr torpaqda yaşayır və bir il ərzində inkişafını bitirir. Sürfələr inkişaf müddətində cücərtlərin köklərini və bir sıra bitkilərin kökcüklərini gəmirir. Mədəni bitkilər qablaşandan sonra sürfələr yabanı bitkilərlə qidalanır. Buna görə də mədəni bitkilər, əsasən, yazda və payızda zədələnir. Puplaşma torpaqda iyun və iyul aylarında gedir. Cavan böcəklər həmin ilin yayında yumurta qoymağa başlayır.S.R.Məmmədova, B.B.Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986

Yayılması Qarğıdalı qarabədən böcəyi Azərbaycanın bütün rayonlarında yayılmışdır.

Ədəbiyyat S.R.Məmmədova, B.B.Xəlilov Kənd təsərrüfatı entomologiyası. 1986

İstinadlar

Kateqoriya:Buğumayaqlılar Kateqoriya:Böcəklər Kateqoriya:Azərbaycan faunası