İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı.
Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır"İda Froynd, hər hansı bir Britaniya universitetində ilk qadın kimya müəllimi, aktiv bir feminist və qadınların səs vermək hüququnun dəstəkçisi idi". Royal Society of Chemistry saytı. 25 iyul 2016 tarixində mənbəyindən arxivləndi. 2017-ci ilin Mart ayının 24-də alındı.. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi.
Bioqrafiya İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdürPalmer, Bill. "İda Froynd: Müəllim, Təhsil verən, Feminist, və Kimya Dərs Kitabı Yazıçısı". IPSI BgD Transactions (Two Research Oriented Journals) iyul 2007, Kilt 3 Nömrə 2. 25 mart 2017 tarixində mənbəyindən arxivləndi. 2017-ci ilin Mart ayının 24-də alındı.. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
1882-ci ildə Kembricdə yerləşən Girton Kollecinə qəbul edildi. 1886-cı ildə Kembric Müəllimlik Məktəbi-də dərs keçməyə başladı. 1887-ci ildə Nyuham Kollecində kimya təcrübəçisi (köməkçi müəllim) olaraq işlədi və 1890-cı ildə təhsil işçisi olduFreund, İda (1920). The Fundamental Principles of Chemistry. Kembric Universiteti Mətbuatı. ilk səhifə.. Ancaq 1890-cı ildə onu əlil edən bir əməliyyat keçirdi və Kembricdən ayrılaraq əmisinin yanına getdi. 1893-cü ilə qədər Londonda qaldı. 1899-cu ildə əmisinin ölümündən sonra Nyuhamdakı işinə geri qayıtdı. Orada 1913-cü ilə qədər işlədi.
1903-də "The history prior to 1800 of theories concerning the ultimate constitution of matter" () başlıqlı məqaləsi ilə Gamble Mükafatı aldı. 1904-cü ildə ilk kitabı "The study of chemical composition" () nəşr olundu.
Froynd sağlamlığı səbəbiylə 1912-ci ildə təqaüdə ayrıldı və 1914-cü ildə vəfat etdiMarqaret Hill; Alan Dronsfiyld. "İda Froynd, ilk qadın kimya müəllimi" (PDF). RSC Historical Society Newsletter. RSC Historical Group, QMUL. səhifə 14–20.. "The experimental Basis of Chemistry" () adlı kitabı üzərində ömrünün son günlərinə qədər işlədi. Tamamladığı on hissə 1920-ci ildə nəşr edilmişdir. Nyuham Kollecində İda Freund adına mükafat mövcuddur."İda Freund (1863–1914)". Nyuham Kollecinin rəsmi saytı. 25 mart 2017 tarixində mənbəyindən arxivləndi. 2017-ci ilin Mart ayının 24-də alındı.
Xatirəsi 1998-ci ilin Aprel ayında Nyuhamdakı laboratoriya İda Froynd üçün bir xatirə olaraq bərpa edildiOqilviye, Mariliyn Beyli. "Freund, İda" . Oxford Milli Biyografi Lügəti. İda Froynd Memorial Fondu, daha çox iş fürsəti verərək qadın müəllimlərin fizika elmlərindəki standartlarını yüksəltmək üçün qurulmuşdur. İda Freund Memorial Mükafatı, Nyuham Kolleci tərəfindən mükafatlandırılır"Nyuham Kollecindən Mükafatlar" . Kembric Universiteti.. Həmçinin, Girton Kolleci İda Freund Mükafatını birinci sinif akademik uğurlar üçün fizika elmləri tələbələrinə mükafatlandırır.
İstinadlar
Kateqoriya:Qadın kimyaçılar Kateqoriya:15 apreldə doğulanlar Kateqoriya:1863-cü ildə doğulanlar Kateqoriya:15 mayda doğulanlar Kateqoriya:1952-ci ildə vəfat edənlər Kateqoriya:Vyanada doğulanlar Kateqoriya:Kembricdə vəfat edənlər Kateqoriya:Məktəb müəllimləri Kateqoriya:Avstriyalı yazıçılar Kateqoriya:Britaniya yazıçıları Kateqoriya:İngiltərə ixtiraçıları Kateqoriya:İngiltərə kimyaçıları