() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinə aid heyvan cinsi.
Bir növ (Botaurus stellaris Linn., 1758, Böyük danquşu), nominativ yarımnövlə təmsil olunmuşdur. Uzun, ağır dimdiyi, böyük başı və yoğun boynu olan iri quşdur. Rəngi kürən-qonurdur. Ayaqları və dimdiyi yaşılımtıl-sarıdır. Gecə quşu olub, gündüzlər qamışlıqda gizlənərək, demək olar ki, hərəkət etmir. Yalnız ayaq altından uçarkən gözə dəyir. Təhlükə zamanı boynunu və dimdiyini yuxarı uzadıb sıx qamış gövdələri arasında az qala görünməz olaraq gizlənməyə üstünlük verir. Arealı Avropa, Asiya və Şimal-Qərbi Afrikanı əhatə edir. Azərbaycanda qışlama dövründə müşahidə edilir. Sıx qamışlıq basmış göllərdə məskunlaşır. Bəzən yuvalama dövründə də rast gəlinir. Qış vaxtı adi olub, bəzi yerlərdə çoxsaylıdır. Qışlamağa gəlməsi avqustdan başlayır. Çox soyuq illərdə kütləvi tələf olması müşahidə edilir. Fevralın ikinci ongünlüyündən yaz uçuşu başlayır, apreldə sayı nəzərə çarpacaq dərəcədə artır. Balıqlar və başqa heyvanlarla qidalanır. Suyun kənarında hərəkətsiz vəziyyətdə "donmuş şəklində" dayanaraq öz ovunu güdür.
Növləri ŞəkilElmi adıGeniş yayılmış adıYayıldığı ərazilər138x138pxBotaurus lentiginosusAmerican bitternABŞ-nin Körfəz Sahili əyalətləri, bütün Florida Everqleydlər, Karib adaları və Mərkəzi Amerikanın bəzi hissələri.180x180pxBotaurus stellarisEurasian bittern(ölkəmizdə Böyük danquşu olaraq bilinir)Avropa və Asiya Britaniya adaları, İsveç və Finlandiyadan şərqə doğru Sibirin şərqindəki Saxalin adasına və Yaponiyanın Hokkaydo adalarına qədər.120x120pxBotaurus pinnatusPinnated bittern or South American bitternMeksikadan Argentinanın şimalına qədər, Qvatemala və Hondurasda çox az sayda qeydə alınıb.180x180pxBotaurus poiciloptilusAustralasian bitternAvustralya, Tazmanya, Yeni Zelanda, Yeni Kaledonya ve Ouvea.
Nəsli kəsilmiş növləri † Botaurus hibbardi
Təsnifatı Azərbaycanda Danquşu cinsinə 1 növ daxildir: Böyük danquşu (Botaurus stellaris Linn., 1758)
İstinadlar
Həmçinin bax Botaurus cinnamomeus Botaurus flavicollis Botaurus lentiginosus Botaurus poiciloptilus Botaurus sinensis