Mülk Rac Anand – hind yazıçısı, alim, ictimai xadim.

Yaradıcılığı

Mülk Rac Anand Pəncab (1925) və London (1929) universitetlərini bitirmişdir. Beynəlxalq Sülh mükafatı laureatı (1953), Pəncab Universitetinin professorudur (1962). M.R. Anand ingilis dilində yazmışdır. Mütərəqqi hind yazıçıları cəmiyyətinin təşkilatçılarından olmuşdur (1936). Bəzi hekayələri Azərbaycan dilinə tərcümə olunmuşdur. O, Asiya və Afrika ölkələri yazıçıları ilə sovet əlaqə komitəsinin Bakıda keçirilmiş iclasında iştirak etmişdir (1966).

Romanları

“Toxunulmaz” (1935) “Kuli” (1936) “Yol” (1961) “Qəhrəmanın ölümü” (1963) “Sübhün çöhrəsi” (1964)

“Toxunulmaz” (1935) “Kuli” (1936) romanları insanların zülmə, istibdada qarşı azadlıq mübarizəsinə həsr olunmuşdur.

Həmçinin bax

Hindistan

İstinadlar

Kateqoriya:Hindistan alimləri Kateqoriya:Padma Bhuşan ordeninin kavalerləri Kateqoriya:Pişəvərdə doğulanlar Kateqoriya:İspaniya vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Hindistan yazıçıları