Çacaşi () — Gürcüstanın Sameqrelo-Yuxarı Svaneti diyarının Mestiya bələdiyyəsində yerləşən kənd. Böyük Qafqaz dağ sisteminin cənubi ətəklərində, yuxarı İnquri çayı () vadisində və dəniz səviyyəsindən 2,160 metr yüksəklikdə yerləşir. Kənd, tarixi Svaneti () vilayətinin bir parçası və Uşquli () icmasının mərkəzidir. Yuxarı Svaneti vilayətinin bir parçası olaraq YUNESKO-nun Ümümdünya İrsi siyahısına salınmışdır."Əhali siyahıyaalınması 2014: İnzibati Region Avadanlıqları və cinsiyyətə görə əhali sayı" . Gürcüstan Statistika Nazirliyi. 2016-cı ilin Sentyabr ayının 27-də alındı.
Coğrafiyası Çacaşi, dörd kəndin bir araya yığındığı Uşquli icmasının əsas yaşayış məntəqəsidir. Gürcüstanın inzibati bölgüsünə müvafiq olaraq, Mestiya bələdiyyə mərkəzinin 45 km qərbində, İnquri və Şavtskala çaylarının birləşdiyi Mestiya qəsəbəsinin bir hissəsidir.İrakli Abaşidze (1987). "ჩაჟაში (Çacaşi)". ქართული საბჭოთა ენციკლოპედია, ტ. 11 [Gürcüstan Sovet Ensiklopediyası, 11-ci cild]. Tbilisi: Metsniyereba. səhifə 82–83. (Gürcü dilində)
Mədəni İrsi Çacaşi, Gürcüstan tarixinin orta əsrlərinə və erkən müasir dövrlərinə, ölkənin şimal-qərbi hissəsində və əksəriyyətlə dağlıq olan Svaneti vilayətinə aid onlarla quruluşa ev sahibliyi edir. Bunların arasında, 13 ədəd yaxşı qorunmuş Svaneti qüllələri, 3–5 mərtəbəli evləri və orta əsrlərə aid qalaları, Böyük Tamara Qalası da daxil olmaqla Böyük Tamaranın (1184–1213), yay fəslindəki iqamətgahı olduğu inanılır. Kənddə daşdan hazırlanmış iki kilsə də mövcuddur. Kənddə yerləşən Müqəddəs Corc kilsəsi X, Xilaskar kilsəsi isə XI-XII əsrə aiddir. Müqəddəs Corc kilsəsi Böyük Tamara Qalasının bir hissəsidir, İkincisi isə fresklərlə örtülmüşdür. Gürcüstan hökuməti və Beynəlxalq Abidələr və Yerlər Beynəlxalq Şurası Milli Komitəsi () 2000-ci ildən etibarən kəndin mədəni irs və bərpa və qoruma layihələrinin çox intizamlı araşdırmalarına başçılıq etmişdir.
Əhalisi Çacaşi, 2014-ci ildəki siyahıyaalmadan bu günə qədər, svanlardan ibarət olan 28 insanla kiçik bir kənddir. Svanlar azsaylı Kartvel dilli xalqdır. Kartvel dil ailəsinə daxil olan svan dilində danışırlar və mütləq əksəriyyəti Gürcüstanda yaşamaqdadır. Əhali20022014Cəmi34 "საქართველოს მოსახლეობის 2002 წლის პირველი ეროვნული საყოველთაო აღწერის შედეგები, ტომი II [2002-ci ildəki Gürcüstanın ilk milli əhali siyahıyaalmasının nəticələri, II cild]" (PDF) (Gürcü dilində). Gürcüstan Statistika Nazirliyi 2003. 2016-cı ilin Avqust ayının 15-də alındı.28
Qalereya
Həmçinin Bax Sameqrelo-Yuxarı Svaneti Svanlar Svan dili Uşquli
İstinadlar
Kateqoriya:Gürcüstandakı ümumdünya irsi Kateqoriya:Mestia bələdiyyəsinin yaşayış məntəqələri