right|thumb|Slovakiya dəmir yolları right|thumb Slovakiyada nəqliyyat özündə hava, boru, avtomobil və dəmiryol nəqliyyatını əks etdirir. Dəmiryol (3662) və avtomagistralları (225,25 km) Mərkəzi Avropanın ən yaxşı inkişaf etmiş yolları sayılır. Ölkənin ən iri hava limanı Bratislavada yerləşən M. R. Ştefanika adına hava limanı adlanır. Dunay çayının ölkədən keçən hissəsi yük və sərnişin daşımada böyük əhəmiyyət daşıyır. Dəmir yolları
Dövlət şirkəti olan Slovakiya dəmir yolları şirkəti yeni yolların çəkilməsi və istismarını təşkil edir. 2008-ci ilə olan məlumata görə ölkədə dəmir yollarının uzunluğu 3662 km təşkil edir: 99 km — enli reylsli (1520 mm), əsasən yük daşımada istifadə edilir. 3473 km — standart reylslər (1435 mm), bunun 1588 km elektrikləşdirilmişdir, 1011 km — iki xətlidir. 50 km — ensiz reylslər (45 km - 1000 mm, 5 km - 750 mm)
Avtomobil yolları
2008-ci ilə olan məlumata görə ölkədə 43761 km avtomobil yolu vardır. Bunun 432 kilometri avtomagistralların payına düşür. Yüksək sürətli yolların uzunluğu, 288 kilometrdir.
Avtomagistrallar Avtomagistral D1 (Slovakiya): Bratislava — Trnava — Trençin — Povajska-Bıstrisa — Jilina, Liptovski-Mikulaş — Yanovse, Preşov — Koşise — Zaxor (Ukrayna sərhədinə qədər) Avtomagistral D2 (Slovakiya): Kuti (Çexiya sərhədinə qədər) — Malaski — Bratislava — Yakovisa (Macarıstan sərhədinə qədər)) Avtomagistral D3 (Slovakiya): Dolni-Xriçov — Jilina — Çadçq — Skalite (Polşa sərhədinə qədər) Avtomagistral D3 (Slovakiya): Yarovse — Avstriya sərhədinə qədər Əsas yollar R1: Trnava — Nitra — Zvolen — Banska-Bistrisa R2: Çexiya sərhədinə qədər — Trençin — Previdza — Zvolen — Rimavska-Sobota — Koşise R3: Macarıstan sərhədinə qədər — Zvolen — Martin — Polşa sərhədinə qədər R4: Macarıstan sərhədinə qədər — Koşise — Preşov — Svidnik — Polşa sərhədinə qədər R5: Svrçinoveç — Çexiya sərhədinə qədər R6: Beluşa — Puxov — Çexiya sərhədinə qədər R7: Bratislavq — Nove-Zamki — Krupina — Luçenes
Su nəqliyyatı Dunay çayının ölkədən keçən hissəsinin uzunluğu 172 km təşkil edir. Bu hissə yük və sərnişin daşımada böyük əhəmiyyət daşıyır. Ölkədə iki çay limanı vardır: Bratislava və Komarno. 2010-cu ilə olan məlumata görə Slovakiyanın ticarət donanması 9 yük gəmisindən və iki refricerator gəmidən ibsrətdir. Ümumi yük götürmə qabiliyyəti 309049 tondur.
Boru nəqliyyatı Slovakiyada neft kəmərlərinin uzunluğu 416 km, qaz kəmərlərinin uzunluğu isə 6769 km təşkil edir (2010).
Hava nəqliyyatı right|thumb right|thumb Slovakiyada ümumilikdı 37 hava limanı vardır. Bu limanlardan 18 eniş-uçuş zolağı süni, 17 hava limanınki isə təbii örtüyə malikdir. Burada həm də bir helikoptürlərin eniş meydançası vardır.
Mənbə Slovakiyada avtomagistralların siyahısı
Kateqoriya:Slovakiyada nəqliyyat