Sultan Məhəmməd Qütbşah — Qütbşahlar sülaləsindən hökmdar.
Həyatı İbrahimqulu şahın ikinci oğlu Məhəmməd Amin və Xanım Ağanın oğlu idi.Mohammad Quli Qutb Shah, Volume 216 by Masʻūd Ḥusain K̲h̲ān̲ Atası hələ 25 yaşında ikən vəfat etmişdi. Məkkə Məscidi onun dövründə, 1617-ci ildə tikilmişdi. thumb|278x278px|Məhəmməd Qütbşah türbəsi|left
"Tarixi Məhəmməd Qütbşah" 1617-ci ilin iyul-avqust aylarında "Tarixi Məhəmməd Qütbşah" əsərini yazdırmışdı. Kitab Qütbşahların Qaraqoyunlu əcdadlarından və sultanaqədərki tarixdən bəhs edir.Sultans of Deccan India, 1500–1700: Opulence and Fantasy by Navina Najat Haidar, Marika Sardar
Hakimiyyəti Onun dövründə Qütbşahların Böyük Moğol İmperiyası tərəfindən işğal edilmə təhlükəsi yaranmışdı. Buna görə də Səfəvilər dövləti ilə sıx əlaqələrdə olmuşdu. I Abbasın Qütbşahların sarayında Hüseyn bəy Keçəçibaşı adlı səfiri vardı.
Ailəsi 1607-ci ildə əmisiqızı Həyat Bəxş xanımla evlənmişdi. Bu evlilikdən 3 oğul və 7 qızı olmuşdu. Oğlu Abdullah şah onu əvəz etmiş, qızı Badi Sahibə bəyim Bicapur krallığına gəlin getmişdi. Digər qızı Xeyrünnisə bəyimdir.
İstinadlar
Kateqoriya:Qaraqoyunlu hökmdarları