() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Qısa təsviri Ölçüləri ortadır: bədəninin uzunluğu 46-54 mm, bazusu 43,5-49,0 mm, kütləsi 10,5-13,3 qramdır. Yəhərin forması armudşəkilli, nəştərin köndələn qırışının ortasında büküm vardır.
Yayılması Arealı Cənubi Avropanı, Şimalı və Şərqi Afrikanı, Ön, Kiçik və Orta Asiyanı, İranı və Əfqanıstanı əhatə edir. Azərbaycan hüdudlarında Böyük Qafqazın cənub yamaclarında (Şamaxı ətrafı) və Kiçik Qafqazda (Şuşa, Ordubad ətrafı, Şahbuz rayonunun, Marallı kəndi) 750-1400 m hündürlüklərdə aşkar edilmişdir.
Həyat tərzi Bu fərdlər dağ meşələri qurşagına və dağüstü kserofitlərə uyğunlaşmışdır. Yalnız yeraltı sığınacaqlarda aşkar edilmişdir ki, bu da həmin növ üçün səciyyəvidir. İstər Azərbaycanda (yığınlarda 10-dan artıq heyvan olmamışdır), istərsə də arealın Avropa hissəsində azsaylıdır. Bu nalburunların ən böyük miqdarı (500-ə qədər) 1962-ci ilin noyabırında Azərbaycanın İranla həmsərhəd rayonlarında tapılmışdır. Nadir və azsaylı növdür.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Pakistan məməliləri Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:1866-cı ildə təsvir edilən məməlilər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika məməliləri Kateqoriya:Asiya faunası Kateqoriya:Avropa faunası Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:20–24 ID olan Taksonbar