Belarus metallurgiya zavodu (; БМЗ) — Belarusun Jlobim şəhərində yerləşən qara metallurgiya zavodu. Müəssisədə ümumilikdə 11 min insan işləyir. Avropada öz təyinatına görə ən böyük müəssisə sayılır. "Belarus metallurgiya şirkəti" holdinqinin idarəedici şirkətidir.
Təşkilatlanma tarixi Metallurgiya zavodu "Voestalpine" (Avstriya) və "Danieli" (İtaliya) və digər şirkətlərin dəstəyi ilə təşkil edilmişdir. Zavodun ilk istehsal gücü illik 700 min ton polad təşkil edirdi. Müəssisə ilk istehsalını 15 oktyabr 1984-cü ildə gerçəkləşdirmişdir. Belarus Metallurgiya Zavodunun ilk direktoru Derojant Levonoviç Akopov olmuşdur.
İstehsal strukturu Belarus Metallurgiya Zavodu 4 strukturdan ibarətdir. Bura poladəritmə, prokat, boru və metal məmulatların istehsalı daxildir. Sex infrastrukturu istehsalın əsas özəyini təşkil edir. Boru istehsalı boru-prokat sexində gerçəkləşdirilir.
Müasir vəziyyət Belarus Metallurgiya Zavodu Avropa səviyyəli mini zavodlardan təşkil edilmiş Belarusun unikal metallurgiya müəssisəsidir. Artıq üç on illik ərzində uğurla fəaliyyətini davam etdirir. BMZ dövlətin milli sərvəti hesab edilir və yüksək texnoloji istehsalat müəssisələrinin reyestrinə daxil edilmişdir.
Dünya təcrübəsinə arxalanmaq və müasir texnologiyaların tətbiqi Jlobin şəhərində unikal bir istehsalat müəssisəsinin meydana gəlməsinə səbəb olmuşdur.
Məhsulların ixracı BMZ – ölkənin iqtisadi təhlükəsizliyinin təminatçısı rolunu oynayır. İstehsal olunan məhsulların 85%-dən çoxu ixrac olunur. Burada istehsal edilən məhsullar dünyanın 50 ölkəsinə ixrac edilir. Burada müxtəlif təyinatlı armatur, boru, fiber və prokat məhsullar istehsal edilir.
2006-cı il islahatı Belarus prezidentinin 60 saylı qərarına əsasənhttps://archive.today/20121225035114/lawsby.narod.ru/razdel1/num7/1d7198.html müstəqil müəssisə olan "Belarus Metallurgiya Zavodu" respublika unitar müəssisəsi "Belarus Metallurgiya Zavodu" İstehsalat Birliyinin tərkibinə daxil edilmişdir.
2012-ci il islahatı 2 yanvar 2012-ci ildə "Belarus Metallurgiya Zavodu" respublika unitar müəssisəsi "Belarus Metallurgiya Zavodu" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
24 avust 2012-ci ildən "BMZ" ASC "Belarus metallurgiya şirkəti" holdinqinin idarəedici şirkətidir.
Mənbə Официальный сайт Фото архив Торговая площадка Канал videobelsteeel Белорусский металлургический завод признан лучшим в Содружестве Независимых Государств в номинации: «За лучшие в СНГ достижения высоких показателей в выпуске металлопродукции» На БМЗ произвели рекордное количество стали БМЗ инвестирует в экологическую программу 22 миллиона евро БМЗ приступил к строительству новой известково-обжигательной печи БМЗ увеличивает инвестиции в безопасность труда
İstinadlar
Kateqoriya:Belarus zavodları