Yastı şibyəyeyən () — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Xarici quruluşu Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 16–18 mm-dir. Ön qanadları erkəklərdə çirkli sarı, dişilərdə qırmızı-boz kənarları sarı rəngdədir. Arxa qanadları erkəklərdə dişilərdən açıq rəngdə olub və hər ikisinin kənarlarında sarı haşiyə vardır. Başı sarımtıl, qarıncığı sarı-bozdur. Tırtılı yaşıl rəngdədir, üzəri bozumtul tüklərlə örtülmüşdür. Başı tünd sarıdır. Pupu parıltılı qırmızı qonur olub, qonur barama içərisində yerləşir.

Yayılması Azərbaycan faunası üçün ilk dəfə qeyd olunur. Kəpənəyi Lənkəranın Yuxarı Apo, Daşdatük, Lerikin Kosmolyan kəndindən toplanmışdır.

Həmçinin bax Sarımtıl-boz şibyəyeyən

Ədəbiyyat S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.

Kateqoriya:Şibyəyeyən ayıcalar