thumb|Üçyarpaq oxyarpaq Üçyarpaq oxyarpaq - (lat. Sagittaria trifolia L.) — IUCN Qırmızı Siyahısına görə növün “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir. Azərbaycanda az rast gəlinən, nadir növdür. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013http://redbook.az/?options=project&id=%C3%9C%C3%A7yarpaq%20oxyarpaq

Qısa morfoloji təsviri Çoxillik 20-50 sm hündürlükdə ot bitkisidir. Kökümsovu kökyumrulu zoğlar əmələ gətirən topaşəkilli ipvari köklüdür. Yarpaqları oxvari, üçbucaq və ya uzunsov-üçbucaq formalı sivri ayalı, ensiz üçbucaqlı, sivriləşmiş dilimlidir. Ləçəkləri ağ rəngdə olub, qaidəsində tünd – qırmızı, ləkəsizdir. Erkəkciklərin tozcuqları sarı rəngdədir. Meyvəcikləri düzgün olmayan üçbucaqlıdır, yan tərəflərdən bərk sıxılmışdır, üst və alt tərəfdən enli qanadlıdır, təpə hissədə qısa əyilmiş buruncuqludur Флора Азербайджана, 1952

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır. Hidro-hiqrofitdir. Rütubətli, sahillərin dərin olmayan yerlərində və bataqlıqlarda Alisma plantago –aquatica, Butomus umbellatus, Cyperus longus, Juncus lampocarpus, Eleocharis palustris və s. Bitkilərdən təşkil olunmuş assosiasiya tərkibində seyrək, kiçik qruplarla, həmçinin düyü əkinlərində rast gəlinir. Dərman və qida bitkisidir

Yayılması. Lənkəran (Lənkəran rayonu – Kiçik Qızılağac körfəzi) və Kür-Araz ovalıqları (Kiçik Hacıqabul gölü)

Sayı və tendensiyası Populyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azama tendensiyasını sürətləndirir

Məhdudlaşdırıcı amillər Qlobal istiləşmənin artması ilə əlaqədar baş verən quraqlıqların nəticəsində körfəz və göllərin suyunun azalması, əhali tərəfindən qida və dərman bitkisi kimi istifadə edilməsi. 

Mühafizə tədbirləri Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması məqsədəuyğundur. 

İstinadlar

Kateqoriya:Baqəvərkimilər Kateqoriya:Tropik Asiya florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qida bitkiləri Kateqoriya:Tərəvəz bitkiləri Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Çin mətbəxi Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları