Bağırsağıçoxşaxəlilər () — Yastı qurdlar tipinin Kirpikli qurdlar və ya trubellarilər (Trubellaria) sinfinə aid olan dəstə.

Xarici quruluşu Yarpaqşəkilli bədənə, əlvan olmayan rəngə malik, nisbətən iri (15 sm-ə qədər) turbellaridir. Dəstəyə aid olan növlərin bağırsağı 3-dən çox şaxəyə ayrılır, cinsi vəziləri çoxsayılıdır. Udlağı hərəkətlidir. Dəstənin əksər növləri metamorfozla inkişaf edir.B. İ. Ağayev, Z. Zeynalova "Onurğasızlar Zoologiyası", Bakı, Təhsil, 2008, −568 səh.

Yayılması İsti dənizlərdə, Qara dənizlərdə, xüsusən də mərcan poliplərində rast gəlinir.V. A. Dogel "Onurğasızlar zoologiyası" I hissə. Bakı, Maarif, 1988, −288 səh.

Həyat tərzi Sərbəst həyat tərzi keçirirlər. Bu dəstənin 6 növü vardır

Təsnifatı Thysanozoon brachii Stylochus tauricus El.borialis Acelis actica Leptoplana tremallis

Həmçinin bax Yastı qurdlar

Kirpikli qurdlar

Ədəbiyyat B. İ. Ağayev, Z. Zeynalova "Onurğasızlar Zoologiyası", Bakı, Təhsil, 2008, −568 səh. V. A. Dogel "Onurğasızlar zoologiyası" I hissə. Bakı, Maarif, 1988, −288 səh.

Xarici keçidlər Отряд Многоветвистые (Polycladida) Order: Polycladida

İstinadlar

Kateqoriya:Kirpikli qurdlar