Frantişek Raytoral (12 Mart 1986 – 23 Aprel 2017) Çex futbolçusu olmuşdur. Sonuncu şərəfini qoruduğu klub Türkiyənin "Qaziantepspor" komandası olmuşdur. O həmçinin Çexiya milli futbol komandasının üzvü idi. Futbolçu 23 aprel 2017-ci ildə Türkiyədəki evində özünü asaraq intihar etmişdir.

O, 2010-cu ildə "Viktoriya Plzen"in tərkibində Çexiya kubokunun qalibi olmuşdur. O, həmçinin digər mükafatlarıda Çexiya birinci liqasında mübarizə aparan klubun tərkibində qazanmışdır. Buraya Çexiya Superkubokuda daxildir.

2012-ci il fevralın 29-da Çexiya milli futbol komandasının heyətində İrlandiya milli futbol komandasına qarşı keçirilmiş yoldaşlıq matçında debüt etmişdir. Oyun 1-1 hesabı ilə bitmişdir.

Raytoral jurnalist Mark Smit tərəfindən "Çexiyada ən yaxşı hücuma meyilli yarımmüdafiəçilərdən biri" kimi təsvir edilmişdir.

Klub karyerası

Erkən illər Raytoral cəmi bir mövsüm "Marila Pribram" klubunun heyətində oynamışdır. Növbəti mövsüm olan 2005-ci ildə isə "Banik Ostrava" klubu ilə 3 illik yeni müqavilə imzalamışdır. Avropa xarakterli ilk turniri olan UEFA Kubokunda isə məhz bu klubun tərkibində oynamışdır.

Viktoriya Plzen 2009-cu ildə "Banik Ostrava" klubundan "Viktoriya Plzen" klubuna transfer edilmişdir.

Raytoral 2010-cu ildə Çexiya Superkuboku çərçivəsində "Sparta Praqa" ilə matçda komandanın heyətində çıxış etmiş və komandasının uduzğu bu görüşdə meydandan qırmızı vərəqə alaraq qovulan iki futbolçudan biri olmuşdur. O, 2010/11 mövsümündə ilk qolunu oktaybr ayında "Mlada Boleslav" komandasına qarşı keçirilən matçda vurmuşdur. Lakin matç "Viktoriya Plzen"in 4-3 hesablı məğlubiyyəti ilə başa çatmışdır.

2011-ci ildə Çexiya Superkuboku görüşü çərçivəsində Raytoral 46-cı dəqiqədə Marian Çişovskiyi əvəz etdi. Əsas vaxt 1-1 hesabı ilə bitməsinə baxmayaraq penaltilər seriyasında "Viktoriya Plzen" komandası "Mlada Boleslav"ı 4-2 hesabı ilə məğlub edərək Çexiya Superkubokunu qazandı.

Hannover 96 2014-cü ilin yanvar ayında Raytoral kirayə əsasında Almaniyanın "Hannover 96" klubuna keçmişdir. Lakin "Hannover 96" rəhbərliyi onun çıxışından razı qalmadığı üçün o, öz klubuna geri dönmüşdür.

Qaziantepspor və vəfatı 2016-cı il yay transfer dönəmində Türkiyənin "Qaziantepspor FK" klubuna 500.000 avro qarşılığında transfer olunub. Komandanın təcrübəli müdafiəçisi olan Raytoral 12 oyunda iştirak etdi. Lakin 23 aprel 2017-ci ildə səhər komanda ilə birlikdə keçirilən məşqə qoşulmadıqdan sonra Qaziantepdə evində ölü tapılmışdır. Araşdırmalardan sonra bəyan edildi ki o, özünü asaraq intihar etmişdir.

Mükafatları

Klub Viktoriya Plzen Çexiya kuboku: 2010 Çexiya çempionatı: 2010-11, 2012-13, 2014-15, 2015-16 Çexiya Superkuboku: 2011, 2015

Şəxsi həyatı Raytoral, peşəkar karyerasına başladığı Pribram şəhərində anadan olmuşdur.. Burada o, ilk klubu olan "Marila Pribram" komandasının heyətində çıxış etmişdir. 2008-ci ildə həkimlər ona xroniki yorğunluq sindromu diaqnozu qoymuşdular. Onun bu xəstəliyi 2014-cü ildə yenidən inkişaf etməyə başladı.

2017-ci ilin 24 aprel tarixində o, məxsus olduğu klubun tərkibində təlimə qatılmamışdır. Polis onun yaşadığı mənzildə intihar etdiyini aşkar etmişdir. İntihar səbəbi ilə irəli sürülmüş fərziyyələrə 2016-cı ildə uzun müddət birlikdə olduğu xanımla ayrılması və 2017-ci ilin fevralında dostu sayılan Daniel Kolar ilə ayrılıq üzündən vəziyyətinin dahada pisləşməsi daxildir.

İstinadlar

Kateqoriya:Çexiya futbolçuları Kateqoriya:Viktoriya Plzen FK futbolçuları Kateqoriya:İntihar edən şəxslər Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Çexiyanın kişi futbolçuları Kateqoriya:UEFA Avro 2012 futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Qaziantepspor FK futbolçuları Kateqoriya:Hannover 96 FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri