thumb|right|350px|K-219 atom sualtı qayığı Atlantik okeanda 6 nömrəli raket şaxtasına dəniz suyunun gəminin yuxarı hissəsindən daxil olması səbəbindən batmışdır. 500 ton ağırlığı, 119 nəfər şəxsi heyəti olan K-219 Mərkəzi Atlantikdə 5.500 metr dərinlikdə yerləşir. Batmış atom sualtı qayıqlarının siyahısı — müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955–2017-ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisi batmışdır ki, onlardan da 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq səbəbindən, 2 gəmi yanğın səbəbindən, 2 gəmi silahların partlaması səbəbindən, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir, baxmayaraq ki, gəmi zədə almamışdı, təhlükəsizlik baxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil.
Rənglərin izahı Batma səbəbi — Silah sistemlərində qəza. Batma səbəbi — Texniki problemlər. Batma səbəbi — Yanğın.
Siyahı Siyahı gəmilərin batma tarixlərinə uyğun şəkildə yazılıb. Cədvəldə gəmilərin model formada şəkilləri, ölçüləri, layihə növü və adı, gəmidə işləyənlərin sayı göstərilmişdir. Cədvəldə gəmilərin batma səbəbləri və yaxud gəmilərin batmasına səbəb olan texniki nasazlıqlar da göstərilib. Gəminin batmasına dair mövcud olan bütün fikirlər və eləcə də rəsmi səbəblər qeyd olunub. AdıBatma tarixiXüsusiyyətiBatma yeriHəlak olanlar (xilas olanlar)Batma səbəbiBatma dərinliyiUSS Thresher (SSN-593)10 aprel 196385px| 4300 ton, 112 şəxsŞimali Atlantik, Bostondan 220 mil qərbdə.. 129Gəmi korpusunun bütövlüyünün itirilməsi, daxilə dəniz suyunun daxil olması..2560 metrUSS Scorpion (SSN-589)22 may 196877px| 3500 ton, 99 şəxsMərkəzi Atlantik ərazisi. Azor adalarından 400 mil cənub-qərbdə.. Dəqiq koordinatları təsnifatlandırılmamışdır.. 99Gəminin batma səbəbi məlum deyil.. Ehtimal olunur ki, "Mark-35" sualtı raketinin partlaması baş verib..3000 metr К-812 aprel 1970107px| 4750 ton, 104 şəxsBiskay körfəzi ərazisi. İspaniya sahillərindən 490 mil şimal-qərbdə. 52Gəminin üçüncü və yeddinci bölməsində qısa qapanma baş verib..4680 metr K-27 Qəza 1968-ci ilin 24 may tarixində baş verib. Batma tarixi isə 1981-ci ilin 10 sentyabr tarixidir.110px| 4370 ton, 105 şəxsŞimal Buzlu okeanı, Kara dəniz ərazisi. 9+0Sol bort reaktorunun istilik daşıyıcısının birinci konturunun tıxanması.33 metr (digər mənbələrdə — 75 metr) K-2196 oktyabr 1986128px| 500 ton, 119 şəxsMərkəzi Atlantik. 4 (115)6 nömrəli raket şaxtasına dəniz suyunun gəminin yuxarı hissəsindən daxil olması..5500 metr К-278 "Komsomolets"7 aprel 1989110px| 8500 ton, 60 şəxsNorveç dənizi. 42 (27)Gəminin 7-ci bölməsində yanğının baş verməsi. Yanğın səbəbi məlum deyil..1858 metr К-141 "Kursk"12 avqust 2000154px| 860 ton, 130 şəxsBarens dənizi. 118Gəminin 1-ci bölməsində partlayışın baş verməsi.. Rəsmi açıqlama- Texniki səbəblərdən raketin partlaması..108 metr К-15930 avqust 2003107px| 4750 ton, 104 şəxsBarens dənizi, Kildin adası yaxınlığında, .9 (1)İstifadə yerinə buksirlə dartma zamanı burun hissədəki pontonların (qayıqların) ayrılması səbəbindən ləpəyə davamlılığın itməsi..248 metr (digər mənbələrdə — 170 metr)
Xəritələr
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Sualtı qayıqlar Kateqoriya:Atom sualtı qayıqları Kateqoriya:Nüvə qəzaları