Yolanta Zavacka (; ) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl, 2007 və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır.

2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub.

İstinadlar

Xarici keçidlər FIDE Chess profili Jolanta Zawadzka. Chess-DB.com Jolanta Zawadzka. Chessgames.com Jolanta Zawadzka. 365Chess.com

Kateqoriya:Polşa şahmatçıları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri