Azərbaycan Respublikası Prezidentinin Administrasiyası — Azərbaycan Respublikası Prezidentinin Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin edən rəsmi qurum. Administrasiyaya ümumi rəhbərliyi isə ölkə prezidenti həyata keçirir.

Fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını Azərbaycan Respublikasının Prezidenti təşkil edir və onun rəhbərini təyin edir.Azərbaycan Respublikasının Konstitusiyası . e-qanun.az Məqsəd Konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etməkdir.ADMİNİSTRASİYA . president.az

Milli Məclisə təqdim olunan qanun layihələrini, Prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini Prezident Administrasiyası hazırlayır; qəbul olunmuş qanunların, Prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.

Administrasiya Prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.

Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və Prezidentə müvafiq məruzələr hazırlanır.

Rəhbərlik Administrasiyaya ümumi rəhbərliyi Azərbaycan Respublikası Prezidenti həyata keçirir.

Administrasiyanın işinə bilavasitə rəhbərlik funksiyalarını isə Administrasiyanın rəhbəri yerinə yetirir. Hal-hazırda administrasiyaya Samir Nuriyev rəhbərlik edir.

Azərbaycan Prezidentinin Administrasiyasına 16 şöbə daxildir. Həmin 16 şöbə rəisindən 7-i həm də Prezidentin köməkçisidir. Həmin 7 nəfərdən başqa Prezidentin Katibliyinin rəisi də Prezidentin köməkçisidir. 2 nəfər isə sadəcə Azərbaycan Prezidentinin köməkçisi vəzifəsini tutur. +VəzifəVəzifəni icra edənAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəriSamir NuriyevAzərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisiAltay HəsənovAzərbaycan Respublikası Prezidentinin köməkçisiCəmilə AbbasovaAzərbaycan Respublikası Prezidentinin köməkçisiAnar ƏləkbərovAzərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisiXalid ƏhədovAzərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiriKərəm HəsənovAzərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiriZeynal NağdəliyevAzərbaycan Respublikası Prezidentinin köməkçisi — Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiriAndrey SipilinAzərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiriFuad ƏləsgərovAzərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət HacıyevAzərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiriŞahmar MövsümovAzərbaycan Respublikası Prezidentinin köməkçisi — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiriNatiq ƏmirovAzərbaycan Respublikası Prezidentinin mətbuat katibiAzər QasımovAzərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisiArif SəmədovDövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiriTələt MəcidovGənclər siyasəti və idman məsələləri şöbəsinin müdiriYusuf MəmmədəliyevHumanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiriFərəh ƏliyevaQanunvericilik və hüquq siyasəti şöbəsinin müdiriGündüz KərimovAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiriFərid SeyidovQeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiriRəhman SərkərovSiyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiriƏdalət VəliyevSənəd dövriyyəsi şöbəsinin müdiriVətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiriSüleyman İsmayılovAzərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsiElçin ƏmirbəyovAzərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsiXələf XələfovNaxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsiFuad NəcəfliAzərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsiAydın KərimovQarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsiQorxmaz HüseynovŞərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsiVahid HacıyevŞərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsiMəsim MəmmədovXankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsiElçin Yusubov

Prezident sarayı Administrasiya Azərbaycan Respublikasının Prezident sarayında – Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 19 ünvanında yerləşir."Azərbaycan Respublikasının Prezident sarayı haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2003-cü il tarixli, 890 nömrəli Fərmanı. e-qanun.az

Azərbaycan Prezident Administrasiyasının rəhbərlərinin siyahısı

İstinadlar

Kateqoriya:Azərbaycan prezidentləri Kateqoriya:Azərbaycanın dövlət quruluşu Kateqoriya:Azərbaycanda siyasət