Benjamin Mendi () — Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiənin sol cinahında çıxış edən peşəkar Fransa futbolçusu.

Klub karyerası

Le Havr 24 iyul 2011-ci ildə Mendi Le Havr klubu ilə üç illik müqavilə imzalamışdır. Bu müqavilə onun ilk peşəkar müqaviləsi idi. Mendi öz peşəkar karyerasında debütünü Le Havr klubu ilə 9 avqust 2011-ci ildə etmişdir. Həmin görüşdə Le Havr Liqa Kuboku görüşündə Amiyen klubuna 1–2 hesabı ilə məğlub olmuşdur.

Marsel 8 iyul 2013-cü ildə Mendi Liqa 1 təmsilçilərindən olan Olimpik Marsel klubu ilə müqavilə imzalamışdır.

Monako 22 iyun 2016-cı ildə Mendi Olimpik Marsel klubundan ayrıldıqdan sonra Liqa 1 təmsilçilərindən olan Monako klubu ilə beş illik müqavilə imzalamışdır.

Milli karyerası

Gənclik Mendi Fransanın gənclər komandalarından U-16 və U-17 gənclər yığmalarında çıxış etmişdir. 2011-ci ildə U-17 millisi ilə FİFA U-17 Dünya Çempionatının 1/4 final mərhələsinin iştirakçısı olmuşdur.

Peşəkar Mendi 2017-ci ilin mart ayında Lüksemburq və İspaniya komandası ilə oyunlar zamanı oynamaq üçün Fransa millisinə çağırılmışdır. Mendi milli komanda ilə debütünü 25 mart 2017-ci ildə Lüksemburq millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 2018 FİFA Dünya Kuboku təsnifat mərhələsi oyununda Fransa Lüksemburqa 3–1 hesabı ilə qalib gəlmişdir.

Karyera statitikası

Klub

KlubMövsümLiqaKubokLiqa KubokuAvropaDigərÜmumiOyunQolOyunQolOyunQolOyunQolOyunQolOyunQolLe Havr2011–122902010——3202012–132803010——320Ümumi57050200000640Marsel2013–14241202120—3022014–153301010——3502015–16241401070—361Ümumi812704190001013Monako2016–17190111080—291Ümumi19011108000291Ümumi karyera157214171170001944

Milli komanda

Milli komandaİlOyunQolFransa201730Ümumi30

Uğurları

Klub Monako Liqa 1: 2016–17

Fərdi UNFP Liqa 1 İlin Komandası: 2016–17

İstinadlar

Xarici keçidlər France profile at FFF Monaco profile

Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Sürix FK futbolçuları Kateqoriya:Olimpik Marsel FK futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Milli Çempionat 2 (Fransa) futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Havr FK futbolçuları Kateqoriya:Loryan FK futbolçuları Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Fransa müsəlmanları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-19 milli futbol komandasının futbolçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:UEFA Avro 2016 futbolçuları