() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir.

Morfoloji əlamətləri Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür. Bədəni piqmentlidir. Bədəninin yanlarında uzunsov tünd-qonur ləkələr olur.

Yayılması Girdə xul Xəzər dənizinin sahil boyu çox dərin olmayan sahələrində yayılmışlar. Eyni zamanda çaylarda, göllərdə və su anbarlarında təsadüf olunur. Həmçinin Azov və Qara dənizlərinin, o sıradan çayların, göllərin, su anbarlarının ən adi xulkimi növüdür. Xaçmazdan Astaraya qədər kütləvi növ sayılır. Şimal-Şərqdə isə onun sayı azalır.

Yaşayış yeri və həyat tərzi Girdə xulun qidasını dənizdə yaşayan molyuskalar təşkil edir. Molyuskalar içərsində əsas yeri metilaster tutur.

Çoxalması 2-3 yaşında cinsi yetişkənliyə çatır. Volqanın deltasında və Dağıstan sahillərində may-iyun aylarında, Azərbaycan sahillərində isə may - sentyabr aylarında çoxalırlar. Dişi girdə xulun hər biri 328-1331 ədəd kürü verir. Kürüsünü hissə-hissə tökür.

Təsərrüfat əhəmiyyəti Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən ovlanır.Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh76.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan balıqları Kateqoriya:Rusiya balıqları Kateqoriya:Xəzər dənizi balıqları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Şimali Amerika faunası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Bolqarıstan balıqları Kateqoriya:Rumıniya balıqları Kateqoriya:Ukrayna balıqları Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları