Kübra Aslanova (Kübra Ələstan qızı Aslanova; d. 1949) — Sovet İttifaqı Kommunist Partiyası üzvü (1970), IX çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı.
Həyatı Kübra Aslanova 1949-cu ildə fəhlə ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1970-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, natamam orta təhsili var.
1966-cı ildən Dəvəçi rayonundakı Nərimanov adına sovxozun fəhləsidir.
Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Dəvəçi seçki dairəsi).
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri