Abovyan küçəsi () — İrəvan şəhərinin mərkəzində, Respublika meydanından Aleksadra Myasnikyan prospektinə qədər uzanan küçə.

Tarixi İrəvan şəhərinin ən qədim küçələrindən biridir. 1924-cü il Aleksandr Oqanoseviç Tamanyanın hazırladığı şəhərin baş planında toxunulmaz olaraq qalan küçə olmuşdur.

Küçə 1920-ci ildə görkəmli erməni şairi Xaçatur Avetikoviç Abovyanın şərəfinə adlandırılmışdır. Adının dəyişdirilməsinə qədər Astafev küçəsi adlanırdı (1868-1920). Küçə İrəvan qubernatoru Mixail İvanoviç Astafevin şərəfinə adlandırılmışdır (1860—1869). 1868-ci ilə qədər Qala küçəsi adlanırdı.

1930-cu illərdə tanınmış Karabal gününün böyük bir qismini bu küçədə keçirir və yaxınlıqdan keçən qızlara gül hədiyyə edirdi.200px|thumb Görməli yerləri

Xaçatur Averikoviç Abovyan abidəsi (1950, heykəltaraş Suren Stepanyan) Avetik Saakoviç İsaakyan abidəsi Karabal abidəsi (1991, heykəltaraş Levon Tokmacyan) XIX əsr qapıları binası

Tanınmış sakinləri

Rəssam Stepan Məliksetoviç Ağacanyan (ev 42, memorial lövhə) Ermənistan SSR xalq artisti Arev Qriqorevna Bağdasaryan (ev 21, memorial lövhə) Tarixçi və linqvist Qriqori Ayvazoviç Kapanyan (ev 32, memorial lövhə) Rusiyanın alim-həkimi Serafimoviç Keçek Ambarsum (ev 32, memorial lövhə) Kinorejisor və aktyor Amasi Petroviç Martirosyan (ev 31, memorial lövhə) SSRİ xalq artisti Metaksiya Miqranovna Simoyan (ev 20, memorial lövhə) Ermənistanın birinci katibi Ağası Qevondoviç Xancyan (ev 8, memorial lövhə)

İstinadlar

Mənbə İrəvan. Abovyan küçəsi Abovyan küçəsi

Kateqoriya:İrəvan küçələri Kateqoriya:Şairlərin şərəfinə adlandırılmış küçələr