Santyaqo İqnasio Bueno Ssiutto (; 9 noyabr 1998, Montevideo, Uruqvay) — Sequnda Liqa təmsilçilərindən olan Barselona B klubunda müdafiəçi kimi çıxış edən peşəkar Uruqvay futbolçusu.

Bioqrafiya Bueno peşəkar karyerasına paytaxt klubu olan Penyarol klubunda başlamışdır. Erkən illərində Santyaqo klubunda çıxış etdikdən sonra Penyarolun əsas komandasına qoşulmuşdur. Lakin bu klub ilə heç bir rəsmi oyuna çıxmamışdır. Bueno 2017-ci ilin əvvəllərində İspaniya klubu olan Barselona klubu ilə 2019-cu ilə qədər müqavilə imzalamışdır. Transferin dəyəri isə 1 milyon avro olmuşdur. 2018-ci ilin yanvar ayında Bueno Peralada-Jirona B klubuna icarəyə verilmişdir.

Milli karyerası 2015-ci ildə Bueno Uruqvayın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bueno Boliviya, Çili, Kolumbiya, Braziliya, Paraqvay və iki dəfə Argentina və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

2017-ci ildə Bueno Uruqvayın gənclərdən ibarət milli komandası ilə Ekvadorda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bueno Peru, Boliviya və iki dəfə Venesuela milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.

2017-ci ildə Bueno Uruqvayın gənclərdən ibarət milli komandası ilə Cənubi Koreyada keçirilən Dünya Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bueno İtaliya, Yaponiya, CAR, Səudiyyə Ərəbistanı, Portuqaliya və Venesuela milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. Santyaqo turnidə bir qolla yadda qalmışdır.

Uğurları

Milli komanda Uruqvay U-20 Cənubi Amerika Gənclər Çempionatı — 2017

İstinadlar

Xarici keçidlər Статистика на soccerway

Kateqoriya:Uruqvay futbolçuları Kateqoriya:Uruqvayda doğulanlar Kateqoriya:Uruqvayın kişi futbolçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Vulverhempton Uonderers FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Uruqvay milli futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Futbol mərkəz müdafiəçiləri Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları