Dəniz Aytəkin (; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli futbol hakimi.

Hakimlik karyerası Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib.

Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin, bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib.

1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29-cu turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb. Buna səbəb, matçın son dəqiqələrində tribunadan atılan pivə şüşəsinin yan xətt hakiminə tuş gəlməsi olub. Aytəkin, dərhal həmkarının yanına gedib və onunla söhbətdən sonra matçın 89-cu dəqiqəsində oyunun yarımçıq saxlanması haqda qərar verib. Həmin vaxt hesab 2:0 "Şalke 04"ün xeyrinə olub.

Şəxsi həyatı Dəniz Aytəkin 1.97 sm boya malikdir. Bavariya vilayətinin Oberasbax şəhərində yaşayır. İxtisasca iqtisadçıdır.

İstinadlar

Xarici keçidlər

Dfb.de saytında profili Worldfootball.net saytında profili

Kateqoriya:UEFA Çempionlar Liqası hakimləri Kateqoriya:UEFA Avropa Liqası hakimləri Kateqoriya:Nürnberqdə doğulanlar Kateqoriya:Almaniya futbol hakimləri Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri