İslambəy Dadov (20 yanvar 1997) — Azərbaycanı təmsil edən güləşçi.

Həyatı İslambəy Dadov 1997-ci il yanvarın 20-də anadan olub.

Karyerası İslambəy Dadov 2014-cü ildə gənclər arasında Avropa Çempionatının qalibi oldu.

İslambəy Dadov 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. İslambəy Dadov qrup mərhələsinin birinci görüşündə Özbəkistan nümayəndəsi Abubahr Alimov ilə üz-üzə gəldi. Həmin görüşdə İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Qazaxıstan nümayəndəsi Yevgeni Polivadov oldu. Bu görüşdə də İslambəy Dadov rəqibinə 5:0 hesabı ilə qalib gəldi. Qrup mərhələsinin sonuncu görüşündə onun rəqibi Misir nümayəndəsi Ömər İbrahim oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 2:0 hesabı ilə qalib gəldi. Bununla da İslambəy Dadov qrup mərhələsini birinci pillədə başa vurdu və final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi ABŞ nümayəndəsi Mason Manville oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslambəy Dadov rəqibinə 1:0 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qalibi oldu.

İstinadlar

Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Yeniyetmələrin Olimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Rusiya idman ustaları