Drevitsk binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Drevitsk binası Taqanroq şəhəri Frunze küçəsi, ev 23 ünvanında yerləşir. Bina 1840-cı ildə inşa edilmişdir.
Memarlıq xüsusiyyətləri İki mərtəbəli villa neoklassizm stilində inşa edilmişdirКиричек М. С. Древицкого дом // Таганрог. Энциклопедия. — Таганрог: Антон, 2008. — С. 329. — ISBN 978-5-88040-064-5.. Fasadda hər iki mərtəbədə altı pəncərə vardır. Mərtəbələr arasında və pəncərələrin altında baraleyflər vardır. Onlar əsasən şir başlarıdır. Tavanı lepka elementləri ilə işlənmişdir.
Tarixi Bina 1840-cı ildəЭнциклопедия Таганрога. — Ростов-на-Дону: Ростиздат, 2003. — С. 509. — ISBN 5-7509-0662-0. inşa edilmişdir. Sahibləri: 1873 — Kollec registratoru F. Serebyakov, 1880 — kollec assesoru Yskovenko, 1890 — türk taciri N. Samaroğlu, 1898 — N. K. Mumulov (Binada tütün fabriki açmışdır), 1906–1912 — Rusoua paraxod cəmiyyətinin Taqnroq filialının rəhnəri İvan Yakovleviç Drevitsk. 1912–1925-ci illər ərzində bina Drevitskinin vərəsələrinə mənsub olmuşdur. 1925-ci ildə bina milliləşdirilmişdir. Burada yaşayış mənzilləri təşkil edilmişdir. 1980-ci illərdə binaya lazımi nəzarətin edilməməsi səbəbindən qəzalı vəziytə düşür. 1991-ci ildə bina Taqanroq balıqçılıq zavoduna verilir. Yerli əhali binanın qalıqlarını "qraf xarabalığı"Парпалия Г. На "графских развалинах" // Таганрогская правда. — 2002. — 22 марта. adlandırırdı. 2002-ci ilin martında "Ekspert-Yuq" şirkəti binanın fasadını saxlamaqla yeni binanın inşasına başlamağı qərara alır.
Drevitsk binası 2002-ci ildə tamamən dağıdılır.
Drevitsk binasının yerində 2005–2007-ci illər ərzində "Vesta-D" şirkəti tərəfindən dörd mərtəbəli bina inşa edilmişdirСобств. инф. Самовольная реконструкция объектов культурного наследия наказуема! // www.prokuror-rostov.ru. — 2007. — 23 ноября.. Tikintinin aparılması qanunsuz elan edildikdən sonra bu işdə əli olan məxslərin cərimələnməsi haqqında qərar qəbul edilmişdir.
Həmçinin bax Aslanidi qardaşlarının tütün fabriki binası
İstinadlar
Kateqoriya:Taqanroqun görməli yerləri Kateqoriya:Taqanroq tikililəri Kateqoriya:Taqanroqdakı malikanələr