Davao – Filippində şəhər. Cənubi Davao əyalətinin inzibati mərkəzi Әhalisi 1,6 mln. (2015). Mindanao adasında, Davao körfəzi sahilində port. Adanın ən iri nəqliyyat qovşağıdır. Beynəlxalq aeroport.Davao// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 380.
Tarixi Əsası 1848-ci ildə ispanlar tərəfindən (1858-ci ilədək Nueva-Verqara adlanırdı) qoyulmuşdur. 1890-cı ildə ABŞ qoşunları tərəfindən tutulmuşdur. 19-cu əsrin sonlarına dək kiçik balıqçılıq və oduncaq ixracı mərkəzi idi. 20-ci əsrin əvvəllərindən Yaponiyadan gələnlərin mühacirət mərkəzi (hazırda Davaoda ölkənin ən böyük yapon icması mövcuddur) idi. Yapon mühacir - məskənləri şəhərin ətrafında plantasiya təsərrüfatı (abaka becərilməsi) yaratdılar.
Davao Manila kəndirinin ixracı üzrə dünyada ən böyük mərkəzə çevrildi. 1936-cı ildə şəhər statusu aldı. 1941–44-cü illərdə Yaponiya qoşunları tərəfindən işğal edildi. 20-ci əsrin ikinci yarısından Filippinin cənubunda regional iqtisadi artımın əsas mərkəzidir. Şəhərdə katolik kilsəsi (1847), Lon-Va buddist məbədi; Ratuşa, Sülh və həmrəylik (1998) var.
Mədəni mərkəz Ölkənin iri mədəniyyət və təhsil mərkəzidir. 46 universitet və universitet statuslu kollec, o cümlədən Cənub-Şərqi Filippin Dövlət Universiteti (1978), Ateneo (1948) və Müq. Pyotr (katolik) özəl universitetləri; şəhər, xalq sənəti, Davao tarix cəmiyyəti, yapon icması muzeyləri var.
Davao Mindanao adası və Filippin arxipelaqının cənub hissəsinin başlıca iqtisadi mərkəzi, ölkədə əhəmiyyətinə görə maliyyə-bank xidmətləri və telekommunikasiya biznesi üzrə ikinci yerdədir. Elektron sənayesi (müasir informasiya texnologiyaları bazasında innovasiya sahələrinin inkişaf etdiyi Silikon körfəzi adlanan ərazi); toxuculuq, yeyinti, ağac emalı sənayesi müəssisələri fəaliyyət göstərir, cihaz qayırma inkişaf etmişdir. Davaodan cənub qərbində yerləşən Apo vulkanı (2954 m) Filippinin ən hündür nöqtəsidir.
Qalereya
Həmçinin bax Filippin Mindanao adasında
Xarici keçidlər Davao şəhər hökumətinin rəsmi internet saytı
İstinadlar
Kateqoriya:Filippin şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri