Azərbaycan Respublikasının Birinci vitse-prezidenti — Azərbaycan Respublikasının ikinci ən yüksək vəzifəli şəxsi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Prezidentdən sonra dövlətin başçısı hesab olunur. İlk və hazırkı vitse-prezident birinci xanım Mehriban Əliyevadır.Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilibMehriban Arif qızı Əliyeva
Tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktı qəbul edildi.
2017-ci il fevralın 21-də Mehriban xanım Əliyeva Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edildi.M. A. Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı . president.az, 21. fevral 2017
Konstitusiya şərtləri
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirilir. Bu halda yeni Prezident seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Birinci vitse-prezident icra edir. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikasının vitse-prezidentinə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququ verilir.
Uyğunluğu Azərbaycan Respublikasının Vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
Təhlükəsizliyi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyi dövlət hesabına, xüsusi mühafizə xidmətləri tərəfindən təmin edilir.
Birinci vitse-prezidentlərin siyahısı 34x34px Azərbaycan Respublikasının Birinci vitse-prezidentləriSıraBirinci vitse-prezident'''PortretSəlahiyyət müddətiMüddətTəyinatSəlahiyyətin başlanğıcıSəlahiyyətin sonu Vakant vəzifə (26 sentyabr 2016 – 21 fevral 2017)1.Mehriban Əliyeva (1964—)113x113px21 fevral 2017VəzifədədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli 2684 nömrəli Sərəncamı ilə təyin edilib
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycanın dövlət quruluşu Kateqoriya:Ölkələrinə görə vitse-prezidentlər Kateqoriya:Vitse-prezidentlər