Eldar İkram oğlu Aslanov () — Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent.

Həyatı 19 yanvar 1976-cı il tarixində Kürdəmir rayonun Sığırlı kəndində anadan olub. 1993-1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitununda (hazırkı  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) siyasi elmlər üzrə bakalavr pilləsində təhsil alıb. 1994-ci ildən Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri və dekabr 2006-cı ildən Beynəlxalq Mətbuat Klubunun Direktoru, 1996-2000-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) komissiya sədri və Məclis sədri, 1999-2000-ci illərdə Azərbaycan Milli QHT Forumunun Ekspert Şurasının üzvü və s., ictimai vəzifələri daşıyıb. 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Daimi Komissiyasının Eksperti işləyib. 1997-1999-cu illərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda dövlət idarəçiliyi üzrə magistr təhsili alıb, “Azərbaycan Respublikasının neft siyasətinin siyasi, iqtisadi və strateji aspektlərinin analizi” mövzusunda magistr işini müdafiə edib və dövlət idarəçiliyi üzrə magistr adı alıb. 2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının “Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” Layihəsində məsul əməkdaş olmuşdur. 2003-2007-ci illərdə Ankara Universitetində siyasi elmlər üzrə doktorantura təhsili almış və 20.07.2007-ci il tarixində “Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlar” adlı fəlsəfə doktorluğu  dissertasiyasını müdafiə edib. 2007-2008-ci illərdə “Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” Layihəsində, 2009-2010-cı illərdə  “Azərbaycanda turizm sektorunun rəqabətqabiliy­yətliliyinin yüksəldilməsi” üzrə layihədə ekspert kimi çalışmışdır. 2007-2011-ci illərdə BMTİP-lə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turzim İnstitutunda qurduqları Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri olmuşdur. Rəhbəri olduğu dövrdə bu mərkəz 20-dən çox tədqiqat layihəsini həyata keçirmişdir. 2 fevral 2011-ci ildən Azərbaycan Turizm İnstitutunun, 22.12.2014-ci il tarixindən Azərbaycan Turizm və Menecment Universitetinin Tədrisin işləri üzrə prorektoru, 2016-2017-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun vəzifəsini müvəqqəti icra etmişdir. Müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun eksperti olub. 2005-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti Kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2017-ci ilin dekabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektorudur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə dosent elmi adı alıb. Ailəlidir, iki övladı var.

Elmi dərəcə və elmi adları 1997-1999-cu illərdə Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda dövlət idarəçiliyi üzrə magistr təhsili alıb, “Azərbaycan Respublikasının neft siyasətinin siyasi, iqtisadi və strtaeji aspektlərinin analizi” mövzusunda magistr işini müdafiə edib və dövlət idarəçiliyi üzrə magistr adı almışdır. (Ankara ş., Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutu) 2003-2007-ci illərdə Ankara Universitetində siyasi elmlər üzrə doktorluq təhsili almış və 2007-ci ildə “Azərbaycan Respublikasında dövlət idarəçiliyində islahatlar” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. (Ankara ş., Ankara Universiteti)Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası təkrar attestasiya yolu ilə, 17 iyul 2012-ci il (protokol N:24-k) qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. İndeks 23.00.01-Siyasətin nəzəriyyəsi, siyasi elmin tarixi və metodologiyası. 28 dekabr 2010-cu il tarixində  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və Kadr siyasəti Kafedrasında dosenti seçilmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2016-cı il tarixli qərarı ilə dosent elmi adı alıb. (Bakı ş.)

Əmək  fəaliyyəti 1995-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitunun (hazırkı  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Tələbə Elmi Cəmiyyətinin sədri. (ictimai əsaslarla) 1994-2008-ci illərdə Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri.(ictimai əsaslarla) 1996-2000-ci illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının   komissiya sədri və Məclis sədri. (ictimai əsaslarla) 1997-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sosial Siyasət Daimi Komissiyasının ekspert.(ictimai əsaslarla) 1999-2000-ci illərdə Azərbaycan Milli QHT Forumunun Ekspert Şurasının üzvü. 2000-2003-ci illərdə BMT-nin İnkişaf Proqramının “Azərbaycanda Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” Layihəsində məsul əməkdaş. 2006-2011-cı illərdə Beynəlxalq Mətbuat Klubunun Direktoru.(ictimai əsaslarla) 2007-2008-ci illərdə “Ölkədə turizmin səmərəli inkişafına kömək etməklə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə İnstitusional Yardım” Layihəsində ekspert. 2009-2010-cı illərdə  “Azərbaycanda turizm sektorunun rəqabətqabiliy­yətliliyinin yüksəldilməsi” üzrə layihəsində ekspert. 2007-2011-ci illərdə Azərbaycan Turzim İnstitutunun Tədqiqat və İnkişaf Mərkəzinin müdiri. 2005-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və Kadr siyasəti Kafedrasında müəllimi, baş müəllimi və dosenti. 2 fevral 2011-cı ildən Azərbaycan Turizm İnstitutunun, 22.12.2014-ci il tarixindən Azərbaycan Turizm və Menecment Universitetinin Tədrisin işləri üzrə prorektoru, 2016-2017-ci illərdə Azərbaycan Turizm və menecment Universitetinin rektorunun vəzifəsini müvəqqəti icra etmişdir. 2017-ci ilin dekabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektorudur.

Elmi  fəaliyyəti Elm sahələri: Politologiya və dövlət idarəçiliyi. Tədqiqatsahəsi: Dövlətqulluğu,kadrsiyasəti, dövlətin turizm siyasəti,ictimaiyyətləəlaqələr, Azərbaycanda dövlət idarəçiliyi tarixi, Azərbaycanda yerli özünüidarəetmə tarixi, Azərbaycanda vətəndaş cəmiyyəti və dövlət idarəçiliyində dəyişiklik məsələləri. 45-dən çox elmi məqalə, tezis, tədris-metodiki əsərin və kitabın müəllifidir. 2017-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının sədr müavini, Tədris-Metodiki Şurasının sədridir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının FD2.30 Dissertasiya Şurasının üzvü.

Rəhbərliyi altında həyata keçirilmiş elmi işlər: Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 30-dan çox magistr dissertasiyasına elmi rəhbərlik edib.

Mükafatlar,təltiflər və aldığı digər sertifikatlar 29 noyabr 1990 - Azərbaycan SSR Kürdəmir Rayon Sığırlı kənd orta məktəbinin Təltifnaməsi. 7 mart 1999 - ARGTMŞ/AMK/Bİİİ-nun Sertifikatı. 17 sentyabr 1999- Londonun Edvard Dil Məktəbinin Sertifikatı. Fevral 2000- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Fəxri Fərmanı. Fevral 2001- USAİD/AED/ACDİ/VOCA-nın Sertifikatı. 1 fevral 2001- Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı. 15 oktaybr 2001- Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərmanı. 1 mart 2003- Azərbaycan Milli QHT Formunun Fəxri Fərmanı. 30 yanvar 2004- Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsinin Diplomu. 27 mart 2004- Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Təltifnaməsi. 19 yanvar 2005- BTC Co/BXK-nın Sertifikatı. 2 Fevral 2005- Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Diplomu. 27 İyun 2005- BRİ/USAİD-nin Sertifikatı. 1 Fevral 2006- Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin Fəxri Fərmanı. 2010- Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  ilin müəllimi nominasiyası üzrə Fəxri Fərmanı. 23 sentyabr 2015-ci il tarixində “Fəxri Turizm İşçisi” adını alıb. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

Beynəlxalq konqres, simpozium və konfranslarda iştirak “Səmərəli dövlət idarəçiliyində vətəndaş cəmiyyəti təsissatlarının yeri və rolu”, “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” mövzusunda beynəlxalq elmi konfransının materialları“Səmərəli dövlət idarəçiliyində vətəndaş cəmiyyəti təsissatlarının yeri və rolu”, “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları” mövzusunda beynəlxalq elmi konfransının materialları, Bakı, 5-6 dekabr 2012. “Heydər Əliyev və Azərbaycan dövlət idarəçiliyi sistemində islahatlar”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Suraxanı rayon İcra Hakimiyyətinin birlikdə təşkil etdiyi “Heydər Əliyevin anadan olmasının 87-ci illiyinə həsr edilmiş elmi-praktiki konfransın materialları.“Heydər Əliyev və Azərbaycan dövlət idarəçiliyi sistemində islahatlar”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Suraxanı rayon İcra Hakimiyyətinin birlikdə təşkil etdiyi “Heydər Əliyevin anadan olmasının 87-ci illiyinə həsr edilmiş elmi-praktiki konfransın materialları,  6 may 2010 “Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması tarixi”,Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının təşkil etdiyi “Azərbaycanda dövlət  idarəçiliyinin təkmilləşdirilməsinin elmi əsasları: reallıqlar, problemlər, prespektivlər” adlı elmi konfransın  materialları.“Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması tarixi”,Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının təşkil etdiyi “Azərbaycanda dövlət  idarəçiliyinin təkmilləşdirilməsinin elmi əsasları: reallıqlar, problemlər, prespektivlər” adlı elmi konfransın  materialları, 27 yanvar 2010-cu il “Gəncədə vətəndaş cəmiyyətinin formalaşması tarixindən”, AMEA-nın Gəncə Regional Elmi Mərkəz və Gəncə şəhər İcra Hakimiyyətinin birgə keçirdikləri “Gəncə tarixinin aktual problemləri” adlı konfransın materialları.“Gəncədə vətəndaş cəmiyyətinin formalaşması tarixindən”, AMEA-nın Gəncə Regional Elmi Mərkəz və Gəncə şəhər İcra Hakimiyyətinin birgə keçirdikləri “Gəncə tarixinin aktual problemləri” adlı konfransın materialları, Gəncə, 2010, səh. 278-298 “Azərbaycan Respublikasında dövlət qulluğu sistemi quruculuğunun bəzi aktual problemləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birlikdə təşkil etdiyi “Azərbaycanda dövlət qulluğu sistemi quruculuğunun aktual problemləri” mövzusunda elmi-praktik konfransın materialları.“Azərbaycan Respublikasında dövlət qulluğu sistemi quruculuğunun bəzi aktual problemləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın birlikdə təşkil etdiyi “Azərbaycanda dövlət qulluğu sistemi quruculuğunun aktual problemləri” mövzusunda elmi-praktik konfransın materialları, 23 iyun 2009