Zakir Burzi oğlu Şıxlinski () — Alim, tarix elmləri doktoru, Professor, APİ (1971–1974) və Azərbaycan Dövlət Universitetinin "Sov. İKP tarixi" kafedrasının müdiri (1974–1986).
Həyatı Zakir Şıxlinski 1931-ci ildə Ağdamda dünyaya gəlib. Əslən Qazax rayonunun İkinci Şıxlı kəndindəndir.
1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomi ilə bitirib. 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun aspiranturasını bitirmişdir. 1958-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.. Zakir Şıxlinski Shixlinski.az
1958-ci ildə namizədlik dissertasiyası, 1967-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 70-ə yaxın əsərin, 4 monoqrafiyanın müəllifidir. EA Tarix İnstitutunda baş elmi işçi kimi çalışıb (1960–1970)
1986-cı ildə Bakı şəhərində vəfat etmişdir.
İstinadlar
Xarici keçid Bakı Dövlət Universiteti (Zakir Şıxlinskiyə həsr edilmiş səhifə)
Kateqoriya:Tarix elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Şıxlinskilər