Fərhad Astan oğlu Səmədov (d. 23 aprel 1959, Qardabani, Gürcüstan SSR, SSRİ) — Başqırdıstan Respublikası baş Nazirinin müavini. Rusiya Federasiyasının fəxri kimyaçısı. Texnika elmləri namizədi.
Həyatı Fərhad Astan oğlu Səmədov 23 aprel 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olubFərhad Səmədov baş nazirin müavini təyin edildi . qaynarinfo.az, 27.01.2017 .
Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir.
Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.
1994–1998-ci illərdə "Eksimer" Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub.
2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan "Kaustik" QSC-yə, "Soda" ASC-yə rəhbərlik edib.
Daha sonra "Birləşmiş neftkimya şirkəti"nin prezidenti olub.
2016-cı ilin yanvarında Rusiyanın Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub. O, bu vəzifədə Başqırdıstan Respublikasının sənaye, innovasiya proseslərinə, informasiya texnologiyalara nəzarət edir.
İstinadlar
Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Qardabanidə doğulanlar