Maksim Sergeyeviç Matlakov (, 5 mart 1991, Leninqrad, Rusiya Sovet Federativ Sosialist Respublikası) Rusiya şahmatçısı, qrosmeyster (2010).

O, 2009-cu il Sankt-Peterburq Çempionatının qalibi adını qazanmışdır.

Matlakov 2012-ci il 13-cü Avropa Şəxsi Çempionatında taybreykdə 6-cı olaraq, 2013-cü il Dünya Kubokuna vəsiqə qazanmışdır. O, birinci raundda Niderland qrosmeysteri Jan Smeetsi məğlub etmiş, ikinci raund taybreykində isə Azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarova uduzmuşdur.

Matlakov 2009-cu il Gipslis xatirəsinə həsr olunmuş turnirin qalibi olmuşdur.

2013-cü ildə Sankt-Peterburqda Çiqorin xatirəsinə həsr olunmuş turnirdə 1-11-ci yerləri, 2014-cü il Moscow Open turnirində isə 1-4-cü yerləri bölüşdürmüşdür. Matlakov 2013-cü il Avropa Klub Kubokunda 5-ci lövhədə gümüş medal qazanaraq Sankt-Peterburq komandasını təmsil etmişdir.

İstinadlar

Xarici keçidlər

Maxim Matlakov. Chess-DB.com Maxim Matlakov. 365chess.com Maxim Matlakov. fide.com Maxim Matlakov. chessgames.com

Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Rusiyada doğulanlar Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:Şahmat qaralamaları Kateqoriya:Şahmat üzrə Avropa çempionları Kateqoriya:Rusiya idman ustaları